Qaz təchizatı sahəsində qanunvericilik təkmilləşdirilir

 

Qaz təchizatı sahəsində tələblərin və yeni qaydaların tətbiqi ilə əlaqədar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununa müəyyən dəyişikliklər təklif olunur. Bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri Valeh Ələsgərov komitənin bu gün keçirilən iclasında məlumat verib. Bildirib ki, qaz təchizatı sahəsində işlər çoxaldıqca, abonentlərin sayı artdıqca və şəbəkə genişləndikcə qanunvericilik bazasında da müəyyən tələblər ortaya çıxıb.

Qanun layihəsinin müzakirəsinə keçməzdən əvvəl komitə sədri qaz təchizatı sahəsində Dövlət Neft Şirkəti tərəfindən 2009-2015-ci illərdə görülmüş işlər barədə məlimat verib. Onun sözlərinə görə, bu illər ərzində yaşayış məntəqələrinin və massivlərin qazlaşdırılması məqsədilə 24 ədəd qazpaylayıcı stansiya tikilib, 29 519 km yeni qaz kəməri quraşdırılıb. 600 min yeni əhali abunəçisi qeydiyyata alınaraq təbii qazla təmin olunub. Onlardan 191 550 abunəçi Bakı şəhərinin, 408 450 abunəçi isə regionlardın payına düşür. Təbii qazdan istifadə edən abunəçilərin ümumi sayı isə 1 756 464-ə çatdırılıb. “Smart-karttipli sayğacla təmin olunmuş abunəçilərin sayı 917 293 təşkil edib ki, bu da 52 faiz abunəçi deməkdir.

Sonra iclasın gündəliyində olan qanun layihəsi barədə məlumat verilib. Bildirilib ki, layihəyə görə, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 günündən əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismarını təmin etmək məqsədilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiqləməlidir. Həmçinin, istehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdırlar. Bundan başqa, istehlakçıya satılan qazın keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratma qabiiyyəti) dövlət standartlarının tələblərinə uyğun olmalıdır.

Sənəddə o da qeyd olunur ki, yaşayış binalarının qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdansayğacla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilər.

Qanun layihəsini müzakirə edən komitə üzvləri təklif olunan düzəlişləri müsbət qiymətləndiriblər. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.2.