“Bakı-2015”in Media Kəndində yerli və
əcnəbi jurnalistlər üçün
əyləncəli gecə təşkil olunub
İyunun 10-da “Bakı-2015” I Avropa Oyunlarının Media Kəndində yerli və əcnəbi jurnalistlər üçün əyləncəli gecə təşkil olunub.
800-dən artıq jurnalistin qatıldığı tədbirdə Azərbaycanın milli musiqi aləti olan tarın və Avropa musiqi alətlərinin ifasında səsləndirilən könül oxşayan musiqi parçaları xarici jurnalistlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.
“Bakı-2015” Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru Ceyn Pirs I Avropa Oyunlarını işıqlandıracaq jurnalistləri salamlayaraq onlara uğurlar arzulayıb.
Gecədə Azərbaycanın milli musiqiləri, o cümlədən “Sarı gəlin” və digər mahnılar səsləndirilib.
Tədbirdə maraqlı məqamlardan biri də yerli və xarici jurnalistlərin “Yallı” rəqsini birgə ifa etmələri olub.
Sonra əyləncə gecəsi öz ahəngi ilə davam edib.
AZƏRTAC
Azərbaycan. - 2015.- 11 iyun.- S.3.