Uğurlarımızın təməlində dövlətin diqqət və qayğısı dayanır

 

Ölkəni, xalqı dünyada idman qədər başqa heç nə tanıda bilmir.

Heydər ƏLİYEV

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə bütün sahələrdə, o cümlədən idmanda da xaos hökm sürürdü. Paytaxtdakı və regionlardakı bir çox idman qurğusu ticarət obyektlərinə çevrilmiş, stadionlarımız baxımsız qalmışdı.

Təbii ki, bu vəziyyət 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyevi narahat etməyə bilməzdi. Ümummilli liderin təbirincə desək, hər bir dövlət, ölkə, xalq üçün sağlamlıq ən ümdə vəzifə, sağlam düşüncənin ifadə tərzi, tarixi-mədəni irsin əsas daşıyıcı qüvvəsidir.

“Ölkəni, xalqı idman qədər dünyada başqa heç nə tanıda bilmir” - deyən ümummilli liderin tövsiyəsi və ölkənin bədən tərbiyəsi və idman ictimaiyyətinin çağırışı ilə cənab İlham Əliyev 1997-ci il iyulun 31-də Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilmişdir. Həmin il MOK-un fəaliyyətində əsas dönüş ili kimi tarixə düşmüşdür. Bəs bu seçimə hansı amillər təsir etmişdir?

İlham Əliyevin gənc yaşlarından idmana göstərdiyi böyük həvəsi. Hətta üzgüçülük üzrə yarışlarda qızıl medal da qazanmışdı... İdmanımızın sovetlər dağıldıqdan sonra geriləməsinin əsas səbəbi - sahibsizlik, iqtisadi-maliyyə imkansızlığı, maddi təminatın və lazımi maddi-texniki bazanın olmaması idi. Bu cəhətdən dövlətin özünün də vəziyyəti ürəkaçan deyildi. İdmanın bütün növləri ilə yaxından maraqlanan, atletlərimizin uğurlarını səbirsizliklə gözləyən İlham Əliyev də bu sahədəki belə vəziyyətlə barışa bilməzdi.

Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi ilk günlərdən böyük enerji ilə işə başladı. Mövcud durum dəqiq qiymətləndirildi, idmanımızın dirçəliş yolları və vasitələri müəyyən edildi. İdmançılarla və məşqçilərlə tez-tez görüşüb fikir mübadiləsi aparıldı. Nəhayət, əməli planproqram hazırlandı. Bundan sonra vahid proqram əsasında ölkədə idmanın tərəqqisi yoluna düşdü.

MOK-un yeni prezidenti üçün ən əsası ayrı-ayrı idmançılar, məşqçilər, federasiyakomanda rəhbərləri ilə səmimi, dostluq-yoldaşlıq münasibətləri yaratmaq, imkan daxilində onlara hərtərəfli kömək etmək idi...

Cəmi bir neçə il ərzində ölkədə uşaq və yeniyetmə idmanı, demək olar, kütləvi hal almağa başladı. İdman qurğularının təmiri və yenidən qurulması, təzə komplekslərin inşası, onların müasir avadanlıqla təchiz edilib əhalinin istifadəsinə verilməsi bugünkü uğurlarımızda əvəzedilməz rol oynadı.

Məhz bunlar ölkə idmanının, Olimpiya hərəkatının beynəlxalq miqyasda nüfuz qazanmasına real imkanlar açdı, sistemli öz bəhrəsini verdi. 1997-ci ildən bəri Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında, dünyaAvropa çempionatlarında 7 min 237 medal qazanmışlar. Halbuki müstəqilliyin bərpasından sonrakı ilk 5 ildə belə medalların sayı cəmi 236 idi.

Qazanılan nailiyyətlər bir daha sübut etdi ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin bu sahədə də həyata keçirdiyi plan düşünülmüş, uzaqgörən siyasətin bəhrəsidir. Özübu uğurlara qısa zaman kəsiyində nail olmuşdur. Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da cənab İlham Əliyev MOK-dakı fəaliyyətini davam etdirir.

Mütəmadi olaraq idmançılarla, onların məşqçiləri və federasiya rəhbərləri ilə görüşən, problemləri ilə maraqlanan, hər bir məsələnin vaxtında həllinə çalışan cənab İlham Əliyev hər bir idmançının dostuna, himayədarına çevrilmişdir. Ötən illər ərzində beynəlxalq yarışlardan, Olimpiya Oyunlarından, dünyaAvropa çempionatlarından uğurla dönən idmançılarımızı qəbul edib mükafatlandırması, onlara mənzil, avtomobil, fəxri adlar verməsi artıq ənənə halını almışdır.

Uğurlarımız Azərbaycanı idman ölkəsi kimidünyaya tanıtmışdır. Avropa Olimpiya Komitələrinin rəhbəri Patrik Hikkinin bununla əlaqədar fikri də maraqlıdır: “Azərbaycan həm beynəlxalq miqyasda, həm də Avropa səviyyəsində Olimpiya idmanının inkişafında parlaq məşələ çevrilibbu nailiyyət, əsasən, Azərbaycan dövlətinin rəhbəri, eyni zamanda, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyinin siyasiidman sahələrinə sadiqliyi və baxışları, eləcə də idman gücünü haqlı olaraq sosial rifahı və iqtisadi tərəqqinin rəmzi hesab edən xalqınızın səyləri sayəsində mümkün olmuşdur. Ola bilsin, coğrafi baxımdan Azərbaycan Avropanın mərkəzindən uzaq olsun. Amma idman komplekslərinin tikintisi ilə siz Avropanın lap ürəyində yer tutursunuz. Bir çox hallarda, siyasət və diplomatiyanın bacarmadığı hallarda, idman sözün əsl mənasında, xalqları birlikdostluq şəraitində bir araya gətirən vasitə kimi çıxış edə bilər”.

2000-ci ildə Bakının Nərimanov rayonunda Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi ilə təməli qoyulan ənənə neçə-neçə yeni idman mərkəzinin inşası və yenidən qurulması ilə nəticələndi. İlk illərdə zona prinsipi ilə inşa olunan Olimpiya idman kompleksləri indi ölkəmizin bütün şəhər, eləcə də böyük qəsəbə və kəndlərində inşa olunur. Artıq bunların sayı 50-yə çatır.

Bütün bunlar tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunları üçün Azərbaycanın ev sahibi seçilməsində həlledici rol oynamışdır. Bundan əvvəlki illərdə isə paytaxtdaregionlarda 350-yə yaxın beynəlxalq yarış, dünyaAvropa çempionatları keçirilmişdir.

Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirmək üçün tədbirlər davam edir. Mövcud infrastrukturu daha da təkmilləşdirmək, idmanın və bədən tərbiyəsinin normativ-hüquqi bazasını müasir tələblər səviyyəsinə çatdırmaq, bədən tərbiyəsinin daha da kütləviləşdirilməsini təmin etmək, bu sahədə həyata keçiriləcək təşkilati, maliyyə və hüquqi tədbirləri qabaqcıl standartlara uyğun təşkil etmək barədə məsələlər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmışdır.

İyunun 12-də Bakıda start götürəcək ilk Avropa Oyunlarında 50 ölkəni təmsil edən 6 mindən çox idmançı 20 idman növündə medallar uğrunda mübarizə aparacaq. Heydər Əliyev Fondunun prezidenti, MOK İcraiyyə Komitəsinin üzvü, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsi bu möhtəşəm idman bayramının keçirilməsi üçün lazımi tədbirləri çox yüksək səviyyədə həyata keçirmişdir. Qısa bir müddətdə çimərlik voleybolu, su polosu, çimərlik futbolu və 3x3 basketbol yarışlarının keçirilməsi üçün Avropa Oyunları Parkı inşa edilmiş, Milli Gimnastika Arenası və Su İdman Sarayı tikilmiş, Heydər Əliyev adına İdman-Konsert Kompleksi əsaslı təmir olunmuş, stend atıcılığı üzrə idman kompleksi yenidən qurulmuş, Bakı İdman Sarayı əsaslı təmir edilmiş, 70 minə yaxın tamaşaçı tutumu olan Olimpiya Stadionu inşa edilmişdir. Bundan əlavə, kamandan ox atma idman növü üzrə yarışların keçirilməsi üçün Tofiq Bəhramov adına Respublika Stadionunda müvəqqəti qurğular inşa olunmuş, boks, qılıncoynatma, karate, taekvondo, voleybol yarışlarının keçirilməsi üçün Bakı Kristal Zalında müvafiq şərait yaradılmışdır. Kanoe idman yarışlarının keçiriləcəyi Mingəçevirdəki “KürOlimpiya Tədris İdman Mərkəzində də lazımi işlər görülmüş, velosiped yarışları üçün veloparklar hazırlanmışdır. Bütün bunlar gələcəkdə Azərbaycanın Yay Olimpiya Oyunları kimi möhtəşəm idman bayramını da təşkil etməyə aparan yoldur.

Heç şübhəsiz, bundan sonra Avropada və dünyanın digər ölkələrində keçiriləcək mötəbər yarışların ev sahibləri Azərbaycanın bu sahədəki təcrübəsindən yararlanacaq. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, idmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır. Azərbaycanda bu, belədir. Uğurlarımızın təməlində məhz dövlət siyasəti dayanır.

 

Rizvan HİLALOĞLU,

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.9.