Bakı-2015: etimad, məsuliyyət, özünütəsdiq

 

Sabah Azərbaycanda bütün dünyanın diqqətini özündə cəmləşdirəcək “Bakı-2015” - ilk Avropa Oyunlarının açılışı olacaq. Oyunlarda iştirak üçün Azərbaycana gələn 50-yə yaxın ölkədən 6000-dən çox idmançı sülh, ictimai-siyasi təhlükəsizlik, tolerantlıq, multikulturalizm və qonaqpərvərlik mühitində birincilik uğrunda mübarizə aparacaq. Bununla da, ötən müddət ərzində qlobal maliyyə-iqtisadi böhrandan ciddi sarsıntı keçirmiş Avropa və digər qitələrin əhalisi idman bayramından zövq alacaq. Dünyanın ikinci siyasi-iqtisadi güc mərkəzi olan Avropada idman hərəkatı üçün tarixi hadisəyə çevriləcək I Avropa Oyunları qitə üçün ictimai-siyasisosial-psixolojiterapiyarolunu oynayacaq. Beləliklə də, I Avropa Oyunları bütün dünyanın, xüsusilə də Avropanın səbirsizliklə gözlədiyi beynəlxalq əhəmiyyətli prosesə çevrilir.

 

Etimad işə başlamaq üçün güclü stimuldur

 

Müasir dünyada ümumbəşəri ideallara xidmət edən beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ən çox inanılan və özünü təsdiqləmiş ölkələrə etibar edilir. Çünki burada yüksək səviyyəli təşkilatçılıqdan tutmuş təhlükəsizlik tədbirlərinə qədər bütün xırda faktorlar nəzərə alınır. Qloballaşan dünyada inkişafinteqrasiya proseslərinin sürətli transformasiyası müşahidə edildiyi kimi, sivil bəşəriyyətə qarşı təhdidlər də çoxluq təşkil edir. Əlbəttə ki, vaxtilə idmançılara qarşı təxribatların olması, hətta terror kimi faciələrin baş verməsi faktları da tarixdən bəllidir. Ona görə də heç bir ölkə istəməz ki, onun təmsilçiləri, idmançıları, yaxud da vətəndaşları açıq təhlükələrlə üz-üzə gəlsin.

Digər tərəfdən, ümumbəşəri dəyərlər naminə birləşərək idman mübarizəsinə qoşulmuş hər bir idmançının, eyni zamanda, müxtəlif ölkələrin nümayəndələrinin hörmətlə qarşılanması, yüksək səviyyədə təşkil olunmuş xidmətlə əhatələnməsi və xoş təəssüratlarla səfərlərini başa vurması bütün dünya xalqları tərəfindən arzulanan amildir. Məhz bütün bu faktorları nəzərə almaqla, Avropa ailəsi bütün parametrlər üzrə özünü təsdiq etmiş Azərbaycan Respublikasına I Avropa Oyunlarının keçirilməsini etibar etdi. 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildi.

Nəzərə almaq lazımdır ki, Olimpiya Oyunları elə Avropa qitəsində yaranıb və sonradan da Avropa qitəsində bərpa edilib, amma bu günə qədər Avropa Oyunları keçirilməyib. Məhz ilk oyunların da Bakıda keçirilməsi əlbəttə ki, ölkəmizin böyük nailiyyətidir və bu, dövlətimizin tarixi uğurudur. Əlbəttə ki, bu tarixi qərarın qəbul edilməsində ilk növbədə ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Çünki son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib. Baxmayaraq ki, Azərbaycan cəmi 24 ildir müstəqil dövlət kimi yaşayır, lakin bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və dost kimi tanınır. Eyni zamanda, ölkə infrastrukturunun müasirləşməsi və Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üzrə mükəmməl təcrübəyə sahib olması da bu tarixi qərarın verilməsinə səbəb olub. Yəni, ölkəmiz bu tədbirlərdə hər dəfə öz təşkilatçılıq qabiliyyətini göstərməklə bir növ yeni standartlar tətbiq edir. Həmçinin Avropa Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişafsabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan Azərbaycana qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsidir. Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.

I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa idman hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradır ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə biləcək. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropadünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir.

Beləliklə də, Avropadünya idman ictimaiyyətinin Azərbaycana inamı və etimadı I Avropa Oyunlarına hazırlıq üçün böyük stimul oldu. Məhz bu etibarın nəticəsidir ki, Azərbaycan 7 ilə ərsəyə gələ biləcək hazırlıq işlərini 2 il yarıma başa vurdu.

 

Məsuliyyət hər bir işin müvəffəqiyyətidir

 

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında tarixi qərarın verilməsindən sonra dövlətimiz hər zaman olduğu kimi bu dəfə də üzərinə götürdüyü məsuliyyətin ağırlığını dərk edərək dərhal hazırlıq işlərinə start verdi. 2013-cü ilin yanvar ayının 17-də Prezident İlham Əliyevin sərəncamı ilə I Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradıldı və komitənin sədri Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva təyin edildi. Avropadünya ictimaiyyəti 3 il öncə “Eurovision-2012” mahnı yarışmasının müsabiqə tarixində keçirilmiş ən möhtəşəm mədəniyyət bayramına tamaşa etmişdi. Məhz bu amil bir daha əmin edirdi ki, Mehriban xanım Əliyevanın rəhbərliyilə “Bakı-2015” Təşkilat Komitəsi I Avropa Oyunlarının da yüksək səviyyədə təşkil edilməsini və yarışların möhtəşəm idman bayramına çevrilməsini təmin edəcək.

Beləliklə də, cənab Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələri əsasında həyata keçirilən işlər nəticəsində Bakı şəhərinin 4 əsas obyektlər qrupunda yerləşən 12 daimi və 6 müvəqqəti idman obyekti I Avropa Oyunlarının yarışlarını qəbul etməyə tam hazır vəziyyətə gətirildi. Beşi yeni olmaqla, 12 idman obyekti “Bakı-2015” yarışlarından sonra Oyunların mirası olaraq qalacaq. Bunlar Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionudur.

Hazırlıqları yenicə tamamlanmış Vaterpol Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Parkı, triatlonvelosiped yarışlarının keçiriləcəyi idman obyektləri isə yalnız Avropa Oyunları zamanı fəaliyyət göstərəcək müvəqqəti obyektlər sırasındadır. 1042 mənzildən ibarət olan Atletlər kəndi ilə yanaşı, 10 təlim-məşq və qeyri-yarış obyekti, həmçinin Media kəndi də Oyunlar zamanı xidmət göstərəcək.

Eyni zamanda, I Avropa Oyunları zamanı Azərbaycana gələcək həm idmançıların, həm nümayəndə heyətlərinin, həm də turistlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə nəqliyyat sahəsində təkmilləşdirmələr aparıldı, infrastruktur yenilənməsi baş verdi, hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsində əhəmiyyətli rolu olan “Təhlükəsiz Şəhər” sisteminin videomüşahidə vasitələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər reallaşdırıldı, həmçinin xarici qonaqların yerləşdirilməsi üçün Bakı və Abşeronda mövcud olan hotellərin sayı və tutumu dəqiqləşdirildi.

Göründüyü kimi, I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün kompleks işlər həyata keçirildibu gün artıq əminliklə demək olar ki, Azərbaycan möhtəşəm idman bayramına hazırdır. Bu da bir daha sübut edir ki, etimaddan doğan məsuliyyət bütün işlərin müvəffəqiyyətlə həyata keçirilməsinə səbəb olur.

 

Azərbaycan özünü təsdiq etdi

 

Bir sözlə, I Avropa Oyunlarına sayılı günlərin qalmasına baxmayaraq, bütün hazırlıq işləri yekunlaşdırıldı və sözün həqiqi mənasında, Azərbaycan özünü yenidən təsdiq etdi, göstərilən etimadın əbəs olmadığını isbatladı. Hətta Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması mərasimində etiraf edib ki, “...belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində, bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.

I Avropa Oyunlarında iştirakı nəzərdə tutulmuş 50-yə yaxın ölkənin 6 minədək idmançısından bəziləri isə artıq ölkəmizdədir. Oyunlar zamanı iştirakçılara 20 minə yaxın könüllü kömək edəcək. Amma Azərbaycan gəncliyi düşünür ki, ölkəmizdəki nadir tolerantlığı, multikultural atmosferi, qonaqpərvərliyimizi, tarixi mədəni-mənəvi dəyərlərimizi, bir sözlə, xalqımıza məxsus bütün müsbət keyfiyyətləri nümayiş etdirmək üçün hər bir azərbaycanlı könüllü olmalıdır. Çünki cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifənin - I Avropa Oyunlarının Yay Olimpiya Oyunları səviyyəsində baş tutması üçün hər birimiz vəzifəsindən, sosial statusundan, milli etnikdini mənsubiyyətindən asılı olmayaraq, əməli fəaliyyətimizlə töhfəmizi verməliyik. Düşünürük ki, I Avropa Oyunlarının möhtəşəm şəkildə baş tutması növbəti illərdə Azərbaycana Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək imkanını qazandıracaq.

 

 

Ramil VƏLİBƏYOV,

YAP Nizami rayon təşkilatının aparat rəhbəri

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.9.