Nik Buller: Bakıda
ilk Avropa Oyunları üçün tikilən idman
obyektləri möhtəşəmdir
Böyük Britaniyanın 17 yaşlı qızlardan ibarət su polosu komandasının baş məşqçisi Nik Buller Bakıda keçiriləcək I Avropa Oyunları barədə fikirlərini www.waterpoloworld.com saytı ilə bölüşüb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi I Avropa Oyunları üçün Bakıda inşa olunmuş idman obyektlərinin möhtəşəm olduğunu deyib. “Komandamızda böyük ruh yüksəkliyi var. Bakıda yeni inşa olunan idman obyektləri olduqca gözəldir və burada yarışmaq bizə əlavə üstünlük verir” - deyə N.Buller bildirib.
Saytda, həmçinin I Avropa Oyunlarına hazırlıq işlərindən də bəhs edilir: “Azərbaycanda I Avropa Oyunları üçün 65 min tamaşaçı yerlik Olimpiya Stadionu tikilib. İdmançılar üçün Atletlər kəndi inşa olunub. Su polosu yarışları 12-21 iyun tarixlərində altı idman obyektində keçiriləcək. Xüsusi “Bakı-2015” avtobusları idmançılara xidmət edəcək, onları Su İdmanı Sarayına aparacaq”.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
http://www.waterpoloworld.com/News/tabid/169/ArticleId/8547/GB-girls-set-for-Baku-2015.aspx
Azərbaycan. - 2015.- 11 iyun.- S.14.