Ölkə iqtisadiyyatına qoyulan kapitalın 58 faizi daxili investisiyalardır

 

Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən üç il sonra iqtisadiyyatı inkişaf etdirmək üçün ölkəyə xarici investisiyaları cəlb etməyə qərar verdi. İlk növbədə xarici sərmayələr ölkənin aparıcı sahəsi olan neft sənayesinə yatırıldı. Bunun üçün dünyanın transmilli şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” gözlənilən ümidləri doğrultdu. Ölkəmiz hasilat bölgüsündən külli miqdarda valyuta əldə etməyə başladı. Həmin vəsaitin kifayət qədər böyük hissəsi tədricən digər sahələrə, xüsusən qeyri-neft sektoruna yönəldildi.

Bu iqtisadi siyasət indiuğurla həyata keçirilir. Hazırda iqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək üçün milyardlarla dollar sərmayə yatırılır. Özüson illər bu sərmayələrin tərkibində daxili investisiyanın çəkisi daha üstündür. Amma bu o demək deyil ki, Azərbaycana xarici sərmayə axını zəifləmişdir. Bu gün də ölkəmiz əcnəbi investorlar üçün cəlbedici dövlət olaraq qalır.

Prezident İlham Əliyev də çıxışlarında bu məsələyə dəfələrlə toxunaraq iqtisadiyyata daxili kapital qoyuluşunun artırılmasının müsbət hal olduğunu, eyni zamanda, ölkəyə xarici sərmayənin cəlb edilməsinin də vacibliyini vurğulamışdır. Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı bu barədə belə demişdir: “Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. Onlardan 16 milyardı daxili sərmayədir. Bu, çox sevindirici haldır. Son illər ərzində daxili sərmayələr qoyulan investisiyaların həcmində üstünlük təşkil edir. Eyni zamanda, qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. İndiki şəraitdə, dünyada və bölgədə müşahidə olunan çox ağır vəziyyəti nəzərə alaraq 11 milyard dollar xarici investisiyaları cəlb etmək böyük uğurumuzdur. Əlbəttə ki, bu uğurun təməlində son illərdə aparılan siyasət dayanır. Əgər bu siyasət, investorların Azərbaycanın sabitliyinə, gələcəyinə inam olmasaydı, heç kim Azərbaycana vəsait qoymazdı. 27 milyard dollar həcmində investisiya qoyuluşubunun müqabilində 1,4 faizlik inflyasiya Azərbaycanın uğurlu inkişafının ən gözəl göstəricisidir”.

Onu da qeyd edək ki, son illər istər daxili, istərsə də xarici investisiyalar əsasən qeyri-neft sektorunun inkişafına yönəldilir. Bu hesaba Azərbaycanda mükəmməl nəqliyyat-kommunikasiya infrastrukturu yaranır, təhsil, elm, səhiyyə, mədəniyyət, idman sahələrində böyük nailiyyətlər əldə olunur. I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə olunması da birbaşa bu və digər amillərlə, eləcə də sosial-iqtisadi sahədə qazandığımız uğurlarla bağlıdır.

İndi Azərbaycan dünyada həm də etibarlı və sərfəli xarici investor kimi tanınır. Bu gün Azərbaycan Gürcüstan və Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdəndir, bizim özəl və dövlət şirkətlərimiz Ukrayna, Belarus, Moldova və Şərqi Avropada bir sıra müxtəlif təyinatlı mühüm layihələr həyata keçirir.

Azərbaycan xarici dövlətlərə sərmayə qoymaqla daxildə investisiya qoyuluşlarını da azaltmır, əksinə, bu sahədə ildən-ilə artım müşahidə edilir. Təkcə cari ilin yanvar-aprel aylarında iqtisadisosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 868,6 milyon manat vəsait yönəldilmişdir. Bu vəsaitin 77,5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin həcmi 3,5, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 9,9 faiz artıb. Kapital qoyuluşu həyata keçirilərkən məhsul istehsalı və xidmət sahələrinə üstünlük verilir. Bunun nəticəsidir ki, hesabat dövründə məhsul istehsalı obyektlərinin inşasına 3 milyard 333,8 milyon, xidmət sahələri üzrə obyektlərin tikintisinə 1 milyard 534,8 milyon manat vəsait yönəldilib. Yeri gəlmişkən qeyd edək ki, bu dövrdə qoyulan ümumi sərmayənin 31,2 faizi dövlət, 68,8 faizi qeyri-dövlət müəssisələrinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi isə ümumi sərmayənin 58 faizini təşkil edib. Sərmayələrlə bağlı başqa faktlar: qeyri-neft bölməsinin inkişafına sərf edilən 2 milyard 767,9 milyon manatlıq vəsaitin 374,7 milyon manatı (ümumi sərmayənin 7,7 faizi) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib. Qeyri-neft sektoruna investisiya qoyuluşunda sahibkarlar üstünlük təşkil edir. Belə ki, qeyri-neft bölməsinə yönəldilən vəsaitin 51,5 faizi özəl sektora məxsusdur.

Daxili investisiyalardan ölkə iqtisadiyyatının inkişafında istifadə edilməsi yeni istehsal, sənaye, xidmət, infrastruktursosial obyektlərin tikilməsinə geniş imkanlar yaradır. Cari ilin yanvar-aprel aylarında Bakıda 110 kilovoltluq şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyasının, Bakı Olimpiya Stadionunun, Su İdman Sarayının, Atıcılıq Mərkəzinin, Bakı-Konqres Mərkəzinin, Sumqayıtda Beton Məmulatı Zavodunun və “Alyans Tekstiltikiş fabrikinin, Astarada Deqədi-Pəlikəş avtomobil yolunun, Bərdədə Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun, QusardaPark Chalet Shahdağhotelinin tikintisi başa çatdırılıb. Bundan başqa, həmin dövrdə ümumu sahəsi 589,5 min kvadratmetr olan yeni yaşayış evləri, növbədə 135 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 3068 şagirdlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, 280 yerlik klubs. obyektlər istifadəyə verilib.

Hesabat dövründə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə yatırılan xarici investisiyaların həcmi də az olmamışdır - 2 milyard 47,1 milyon manat. Bu vəsaitlərin 1 milyard 686 milyon manatı (82,3 faizi) Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsusdur.

 

Rüstəm KAMAL,

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.15.