Azərbaycan Prezidenti İlham Əliyev
Serbiya Prezidenti Tomislav Nikoliçlə görüşüb
Birinci xanım Mehriban
Əliyevaya Serbiyanın
“Sreten” ordeni təqdim edilib
İyunun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçlə görüşüb.
Görüşdən əvvəl Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın, Serbiya Prezidenti Tomislav Nikoliçin, xanımı Draqiça Nikoliçin iştirakı ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Serbiya Respublikasının yüksək dövlət mükafatı - “Sreten” ordeni təqdim olunub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Sreten” ordeni ilə təltif edilməsi haqqında Serbiya Respublikası Prezidentinin Fərmanı oxundu.
Serbiya Prezidenti
Tomislav Nikoliç “Sreten” ordenini Mehriban Əliyevaya təqdim etdi.
Birinci xanım Mehriban
ƏLİYEVA dedi: Çox
sağ olun,
cənab Prezident. Bu, mənim üçün
böyük şərəfdir.
Bu mükafata görə Sizə dərin minnətdarlığımı
bildirmək istəyirəm.
Prezident
Tomislav NİKOLİÇ dedi:
Bilirsiniz, Serbiyada belə bir deyim
var: Siz öz ailənizi seçə bilməzsiniz,
lakin dostlarınızı
seçə bilərsiniz.
Bizi seçdiyinizə
görə çox sağ olun.
Mehriban
ƏLİYEVA: Təşəkkür edirəm, mən bu mükafatı təkcə səylərimizin
qiymətləndirilməsi kimi
yox, həmçinin Serbiya ilə Azərbaycan arasında qarşılıqlı dostluq
və hörmət rəmzi kimi dəyərləndirirəm. Çox
sağ olun,
Fond Sizin gözəl ölkənizdə öz fəaliyyətini davam etdirəcək.
Tomislav
NİKOLİÇ: Təşəkkür
edirəm.
Mehriban
ƏLİYEVA: Mən Sizin
komandanıza Avropa Oyunlarında uğurlar arzu edirəm.
Prezident
İlham ƏLİYEV: Mən
də sizi dost ölkənin ən yüksək mükafatına
layiq görülməyiniz
münasibətilə təbrik
edirəm.
Mehriban
ƏLİYEVA: Təşəkkür edirəm, bu, mənim üçün böyük şərəfdir.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevlə Serbiya
Prezidenti Tomislav Nikoliçin görüşündə ölkələrimiz
arasındakı əlaqələrin müxtəlif sahələrdə,
o cümlədən siyasi,
iqtisadi, enerji və
digər sahələrdə uğurlu
inkişafından məmnunluq ifadə olundu.
Birinci Avropa
Oyunlarının əhəmiyyəti vurğulandı, bu Oyunların keçirilməsi üçün yaradılmış şərait
yüksək qiymətləndirildi. Söhbət zamanı Azərbaycan
ilə Serbiya arasındakı əlaqələrin
daha da genişləndirilməsi
ətrafında geniş fikir
mübadiləsi aparıldı. Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycan Prezidenti
İlham Əliyevi ölkəsinə səfərə
dəvət etdi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 12 iyun.- S. 2.