Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini iyunun 11-də qəbul edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin önəmi qeyd edildibu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə xidmət edəcəyi bildirildi.

Dövlətimizin başçısı Gürcüstan idmançılarına da yarışlarda uğurlar arzuladı.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AZƏRTAC

Azərbaycan.- 2015.- 12 iyun.- S. 2.