“Bakı-2015”-də
Azərbaycan milli komandasının
bayraqdarı cüdo üzrə Avropa çempionu Elmar Qasımov olacaq
“Bakı-2015”
birinci Avropa Oyunlarında Azərbaycan milli komandasının
bayraqdarının adı rəsmi olaraq açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsi rəhbərliyinin yekun qərarı ilə cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Elmar Qasımov milli komandamızın bayraqdarı seçilib. O, iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan milli komandasının bayrağını daşıyacaq.
Elmar Qasımov 2009-cu ildə
Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatından Vətənimizə
qızıl medalla qayıdıb. Cüdoçu ötən il
Tümendə təşkil olunan “Böyük dəbilqə” turnirində
qızıl medal qazanıb. O, cari ildə Mərakeşdə
usta idmançılar arasında
keçirilən, eləcə də Samsunda
və Tbilisidə təşkil edilən Qran-pri
yarışlarının qalibi olub. İyirmi dörd yaşlı idmançı bu ilin mayında Bakıda
keçirilən “Böyük dəbilqə”
turnirində ikinci yeri
tutub.
Azərbaycan.- 2015.- 12 iyun.- S. 3.