Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

 

Hörmətli Vladimir Vladimiroviç,

Sizi Rusiyanın dost xalqını dövlət bayramınızRusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.

Dost Rusiya bu gün cəmiyyətin modernləşdirilməsi, dinamik inkişaf tərəqqi yolunda inamla irəliləyir. Rusiya Federasiyası qısa müddətdə sosial-iqtisadi inkişafda beynəlxalq proseslərdə öz mövqeyinin rolunun gücləndirilməsində sanballı uğurlar qazanıb.

Azərbaycan ilə Rusiyanı çoxəsrlik möhkəm dostluq mehriban qonşuluq telləri bağlayır. Sevindiricidir ki, bu xoş münasibətlər hərtərəfli inkişaf edir möhkəmlənir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq çoxplanlı qarşılıqlı fəaliyyət bizim birgə səylərimizlə xalqlarımızın tərəqqisi naminə, regionda sülh, sabitlik həmrəylik naminə bundan sonra da hərtərəfli genişlənəcək.

Bu yaxınlarda Moskvada Sizinlə görüşümüzü səmimiyyətlə xatırlayıram.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı uğurlar, bütün Rusiya xalqına sülh firavanlıq arzu edirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 iyun 2015-ci il.

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 3.