Əli Həsənov: Avropa Oyunlarının siyasiləşdirilməsi təkcə Azərbaycan üçün deyil, qitənin bütün idman ictimaiyyəti üçün zərərlidir

 

İyunun 11-də Bakıda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Gənclər və İdman Nazirliyi tərəfindən birinci Avropa Oyunlarına həsr olunan birgə mətbuat konfransı keçirilib.

Diqqətə çatdırılıb ki, bu konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransında yerlixarici jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.

Beynəlxalq təşkilatların Azərbaycanda siyasi məhbusların azad edilməsi ilə bağlı çağırışları barədə suala cavab verən Əli HƏSƏNOV deyib ki, Qərbin bəzi dairələri, qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda mətbuat azadlığının, azad medianın olmaması, insan haqlarının pozulması barədə əsassız iddialar səslənir. Azərbaycan 15 ilə yaxındır ki, Avropa Şurasının üzvüdür, Avropa Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycan məhkəmələrinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edilə bilər. Azərbaycan hüquqi dövlət normalarına uyğun şəkildə fəaliyyət göstərir. Yerli məhkəmələrin qərarından narazı qalanlar Avropa Məhkəməsinə müraciət edə bilərlər. Ona görə də Azərbaycan hakimiyyəti bu fikirdədir ki, ölkədə siyasi məhbus yoxdur, sadəcə ayrı-ayrı cinayətlərə görə məhkum olunmuş şəxslər var. Azərbaycan hüquqi dövlətdir. Ölkədə tam siyasi azadlıq var, 55 siyasi partiya fəaliyyət göstərir. Ona görə Avropanın bəzi dairələri tərəfindən irəli sürülən iddiaların heç bir əsası yoxdur.

Avropa Oyunlarının siyasiləşdirilməsi məsələsinə münasibət bildirən Prezidentin köməkçisi bəzi dairələr tərəfindən bu cəhdlərin göstərildiyini vurğulayıb. Bildirilib ki, həmin dairələr anti-Azərbaycan platforması formalaşdırıblar. Bu, təkcə Azərbaycanın deyil, Avropanın bütün idman ictimaiyyəti üçün zərərlidir.

Əli Həsənov deyib ki, son zamanlar Azərbaycanın yürütdüyü müstəqil siyasətə fərqli subyektiv mülahizələrlə yanaşan qüvvələr sistemli şəkildə anti-Azərbaycan fəaliyyəti göstərirlər. Biz bunu ayrı-ayrı beynəlxalq qurumların, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının fəaliyyətində müşahidə edirik. Lakin biz bu işlərə təmkinlə yanaşırıq, müstəqil iradəmizlə hərəkət etməyə, Azərbaycanın doğru yolda olduğunu dünyaya çatdırmağa çalışırıq. Bu yol Avropa ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlərin qurulması yoludur, regionda sivil və müstəqil siyasətin aparılmasıdır. Bizim bu yoldan geri çəkilmək fikrimiz yoxdur. Biz anti-Azərbaycan kampaniyasına görə təəssüflənirik və həmin dairələri bu kampaniyadan əl çəkməyə çağırırıq. Bizim məqsədimiz müstəqil siyasətimizi davam etdirmək, Azərbaycanın nailiyyətlərini dünyaya çatdırmaq, bölgədə sülh siyasətinin yönləndirilməsi, dövlətlər arasında sivil münasibətlərin formalaşdırılmasıdır. Bizim iradəmiz demokratiya, insan hüquqları, sivil şəkildə birgəyaşayışdan ibarətdir.

Prezidentin köməkçisi vurğulayıb ki, müxtəlif xarici KİV-lərdə Azərbaycan əleyhinə yazıların işıq üzü görməsi, ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılması proseslərinin arxasında duran qüvvələr var, bunlar bilərəkdən istiqamətləndirilir. Birincisi, bu dairələr Azərbaycan kimi gənc dövlətlərin belə uğur qazana bilməyəcəyi görüntüsü yaratmağa çalışırlar. İkincisi, bu qüvvələr erməni lobbisionun təsir dairəsində olan QHT, KİV və siyasətçilərdir. Onlar istənilən məsələ ilə bağlı dərhal anti-Azərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar. Eurovision” mahnı müsabiqəsi keçirilən zaman da bunun şahidi olduqsabah böyük tədbirlər zamanı onlar yenə Azərbaycanın üzərinə gələcəklər. Üçüncüsü, Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr varonlar da bu kampaniyanı dəstəkləyirlər. Obyektiv informasiyalar almaq istədiyimiz “The Guardian”, “Independent” BBC kimi xarici kütləvi informasiya vasitələri təəssüf ki, “London Platforması”nın təşkilatçılığı ilə belə kampaniyaya cəlb olunub. Bu kampaniya təkcə Azərbaycana deyil, həm də Avropa ictimaiyyətinə, Avropa Olimpiya Komitəsinə qarşı yönəlib. Bu kampaniya bir müddət sonra dayanacaq, ancaq tarixdə qalacaq, tərəqqipərvər ictimaiyyət isə özü buna qiymət verəcək.

Azərbaycanın xarici siyasət prioritetləri barədə suala cavabında Əli Həsənov deyib ki, Azərbaycan SSRİ dağıldıqdan sonra müstəqilliyini bərpa etmiş 15 ölkədən biri olub. O zaman qarşımızda 3 yol var idi - biri yalnız postsovet ölkələri ilə münasibətləri davam etdirmək, digəri, Qərbə inteqrasiya, demokratik inkişaf, Avropa İttifaqı prinsipləri, Avropa dəyərləri istiqamətində fəaliyyət göstərmək, üçüncüsü, Asiya ölkələrinin qoşulmamaq siyasətinə qoşulub müstəqil siyasət yürütmək. Hər üç seçim cəlbedici görünürdü. Lakin problemlər də var idi. 1990-1993-cü illərdə Azərbaycanda vətəndaş qarşıdurması, xaos yaşanırdı. 1995-ci ildə ölkənin Konstitusiyası qəbul edildi. Azərbaycan Prezidenti açıq-aşkar bəyan edib ki, biz öz yolumuzla gedirik. Siyasətimizin əsas mahiyyətini Azərbaycan xalqının maraqları təşkil edir. Bir çox cəlbedici təkliflər var. O yerdə ki Azərbaycanın maraqlarına uyğun yürüdülən siyasət var, orada Azərbaycan da var. Azərbaycan qarşılıqlı faydalı, ikitərəfli münasibətlərə üstünlük verir, kollektiv öhdəlik, kollektiv birlik münasibətlərinə tənqidlə yanaşır. Ona görə də biz həm İran, həm ABŞ, həm İsrail, həm Türkiyə ilə münasibətlər qururuq. Azərbaycanın maraqlarına söykənən, lakin kimsənin maraqlarına kölgə salmayan istənilən yol bizim marağımıza uyğundurbu regionda ən səmərəli siyasətdir.

Prezidentin köməkçisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavab verərək bildirib ki, Ermənistan xalqı ölkədəki separatçı düşüncəli insanların girovuna çevrilib. İyirmi beş ildir ki, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır, BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı dörd qətnaməsi varbu qətnamələr yerinə yetirilmir. Digər beynəlxalq təşkilatlar da münaqişənin ərazi bütövlüyü və Dağlıq Qarabağdakı insanların hüquqlarının qorunması şərti ilə həllinin tərəfdarı olduqlarını bəyan ediblər. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişə davam edir. Bu münaqişə təkcə bölgənin deyil, dünyanın da təhlükəsizliyini təhdid edir. Biz vaxtında bəyan etdik ki, bu münaqişəyə göz yumulsa, zəncirvari münaqişələr baş verəcək. Bu gün UkraynadaBalkanlarda baş verən hadisələr göstərdi ki, separatizmlə oynamaq olmaz, bu, təhlükəlidir. Nə qədər ki Dağlıq Qarabağ problemi mövcuddur, bölgədə və dünyada sülhün tam bərqərar olmasından söhbət gedə bilməz. Beynəlxalq hüquq normaları bütün münaqişələrin həllinə tətbiq olunmasa, belə münaqişələr bizi çox gözləyir. Əli Həsənov “Bakı-2015” ilk Avropa Oyunlarında Ermənistan idmançılarının da iştirak edəcəklərini bildirib, Oyunların Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında müsbət rol oynayacağına inandığını diqqətə çatdırıb.

Amnesty International”ın nümayəndələrinin guya Azərbaycana buraxılmaması barədə məsələyə münasibət bildirən Prezidentin köməkçisi deyib ki, təşkilatın nümayəndəsi olaraq Azərbaycana gələcək şəxslərlə bağlı nə Olimpiya Komitəsinə, nə də Xarici İşlər Nazirliyinə müraciət olunmayıb. Araşdırmalarımız zamanı bəlli olub ki, bu təşkilatın bəzi mütəxəssisləri dolayı yollarla Azərbaycana daxil olmaq istəyiblər. Yəni, onlar rəsmi olaraq təşkilat adından müraciətlə deyil, dolayı yolla, məsələn, müxtəlif qəzet və jurnalların nümayəndəsi kimi ölkəyə daxil olmağa cəhd göstəriblər. Ona görə “Amnesty International” adından yayılan belə bir bəyanatın əsası yoxdur.

Gənclər idman naziri Azad RƏHİMOV bildirib ki, Azərbaycan ev sahibi kimi “Bakı-2015” ilk Avropa Oyunlarında idmanın bütün növləri üzrə təmsil olunur. Bu da atletlərimizə daha çox medal qazanmağa şans verir. Belə möhtəşəm yarışlarda qabaqcadan proqnoz verməyin düzgün olmadığını bildirən nazir deyib: “Yarışların gərginliyi, iştirak edən ölkələrin sayı, mühit, həyəcan bəzən Olimpiya, dünya çempionlarını mübarizədən kənarlaşdırıb. Amma bəzən təcrübəsi olmayan idmançı qızıl medal qazanıb. Bizim üstünlüyümüz ondadır ki, ev sahibi kimi təsnifat yarışlarından keçməyə ehtiyacımız olmadı. İndiyədək Azərbaycan idman yarışlarında Avropa komandaları arasında həmişə ilk onluqda yer alıb. Birinci Avropa Oyunlarında da əsas məqsədimiz odur ki, bu onluqdan çıxmayaq daha yüksək nəticələr əldə edək”.

Azad Rəhimov diqqətə çatdırıb ki, Oyunlar zamanı təhlükəsizlik tam təmin olunacaq, nəqliyyatla bağlı heç bir problem yaşanmayacaq. İdmançıların tıxaclarda qalmaması üçün əlverişli nəqliyyat sistemi yaradılıb. Atletlər üçün ayrıca avtobuslar taksilər alınıb. Bu avtobuslar taksilər idman arenaları Atletlər Kəndi arasında hərəkət edir. Avropa Oyunlarında nəqliyyat sistemində yeni TX abreviaturasından istifadə olunur. Bütün TX sistemi birləşdirilib. Bu, o deməkdir ki, daha çox avtomobil icarəyə götürmək, müxtəlif qrupları nəqliyyatla təmin etmək olur. Biz bütün şəhər nəqliyyat növlərindən istifadə edirik. Elektrik qatarı işə salınıb. Bakı metrosu gücləndirilmiş rejimdə çalışır. Bundan başqa, dəniz yolu ilə idman obyektlərinə getmək mümkün olacaq.

Azad Rəhimov vurğulayıb ki, Avropa Oyunlarından sonra irs qoyulması məsələsi çox vacibdir. Avropa Oyunları qitə baxımından çox əhəmiyyətlidir. Biz Avropa Oyunları üçün idman infrastrukturunu qurmaq məqsədilə öz strategiyamızı yaratdıq. Əvvəla, mövcud idman arenaları təmir olunub, yenidən qurulub. İkincisi, bəzi müvəqqəti idman tikililəri var. Üçüncüsü, yeni idman arenaları tikilərək istifadəyə verilib. Bütün bunlar Oyunlardan sonra irs olaraq Azərbaycana qalacaq, həmçinin gələcəkdə ölkəmizdə keçiriləcək digər idman tədbirləri zamanı da istifadə olunacaq.

Nazir Avropa Oyunlarına hazırlıq üçün Azərbaycanın qısa vaxtda səfərbər olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan çətin mərhələdən keçib. Bu Oyunlar Azərbaycanın dünya xəritəsində yerini möhkəmləndirəcək. Biz gənc ölkəyik. Belə tədbirlər Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini, mətbəxini, turizm potensialını, xalqımızın qonaqpərvərlini bütün dünyaya göstərəcək. Qonaqlar Azərbaycanın, Bakının gözəlliklərini görəcəklər. Bu Oyunlar gənclər üçün yeni qapılar açır. “Bakı-2015” yeni idman növlərini gənclərə göstərmək üçün əla fürsətdir. Bizim əsas məqsədimiz gənc nəsli sağlam ruhda yetişdirməkdir.

Ermənistan idmançılarının Avropa Oyunlarında iştirakı ilə bağlı suala cavabında nazir deyib ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olmasına baxmayaraq, bu ölkənin nümayəndələrinin Bakıda keçirilən müxtəlif tədbirlərdə iştirakına şərait yaradılır. Onlar Avropa Oyunlarından əvvəl Bakıda keçirilən müxtəlif tədbirlərə qatılıblar. Avropa Oyunlarında isə Ermənistanın 25 nümayəndəsi iştirak edəcək.

Gənclər idman naziri vurğulayıb ki, birinci Avropa Oyunları dostluğun, həmrəyliyin təntənəsidir. İdman sülh deməkdir və insanları birləşdirir. Bu gün Atletlər Kəndində 50 ölkənin nümayəndələri bir aradadırlar. İdmanı siyasiləşdirmək istəyən təşkilatların heç biri öz məqsədlərinə çata bilməyəcək.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 4.