Bakı-2015 Heydər Əliyevin idman siyasətinin təntənəsidir

 

I Avropa Oyunları Azərbaycanın iqtisadi gücünün və beynəlxalq nüfuzunun göstəricisidir

 

2015-ci il iyun ayının 12-si Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılacaq: 2 ildən çox davam etdirilən yüksək səviyyəli hazırlıq işlərindən sonra, nəhayət, paytaxtımız tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına start verir. Respublikamız bu mötəbər idman tədbirini sülh, sabitlik və yüksək bayram ovqatında keçirməklə malik olduğu iqtisadi, siyasi və mədəni-intellektual potensialı bir daha bütün dünyaya nümayiş etdirəcək.

Beynəlxalq ictimaiyyət bu günlərdə bir daha Azərbaycanın iqtisadi qüdrətinin, müasir şəhər infrastrukturunun, turizm imkanlarının, qlobal tədbirləri yüksək səviyyədə təşkil etmək əzminin, ən nəhayət, yüksək tolerantlığının və qonaqpərvərliyinin əyani şahidi olur. Bu qlobal idman tədbiri, ümumən, müasir Azərbaycanın dünyaya dolğun şəkildə təqdimatı, qazandığımız uğurların, habelə üzləşdiyimiz münaqişə ilə bağlı əsl gerçəkliklərin dünyaya çatdırılması baxımından unikal təbliğat platformasıdır.

Xüsusi vurğulamaq lazımdır ki, respublikada son illər təşkil olunan beynəlxalq tədbirlər ilk növbədə dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi kimi formalaşmış ictimai-siyasi sabitlikiqtisadi inkişaf amilləri ilə şərtlənir. Azərbaycanın siyasi baxımdan sabit, təhlükəsiz ölkə olmasını, ilbəil artan iqtisadi imkanlarını, demokratikləşmə xəttinə sadiqliyini nəzərə alan müxtəlif beynəlxalq təşkilatlar, habelə ölkələr qlobal tədbirlərin keçiriləcəyi məkanı müəyyənləşdirərkən Bakı şəhərinə xüsusi üstünlük verirlər. İlk Avropa Oyunlarının keçiriləcəyi məkan seçilərkən respublikamızın belə bir mötəbər yarışa evsahibliyi etmək üçün zəruri siyasi sabitliyə, iqtisadi potensiala, müasir infrastruktura, gözəl təbiətə və turizm imkanlarına malik olması, habelə qlobal beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşmış uğurlu təcrübəsi nəzərə alınmışdır. Bu həm də Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyasının səmərəliliyinin beynəlxalq səviyyədə etirafıdır.

Belə bir nüfuzlu idman tədbirinin 15 iyun - Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etməsi isə yaxın tarixi keçmişimizlə bağlı müəyyən proseslərə yenidən obyektiv nəzər salmağı, xaosanarxiyadan davamlı inkişafa aparan yolun salnaməsini göz önündə canlandırmağı zəruri edir. Şübhəsiz, bu proseslər fonunda Azərbaycanın hazırkı uğurlarının - eləcə də ilk Avropa Oyunlarına uzanan yolun 1993-cü ilin 15 iyun tarixindən başlandığı daha aydın görünür.

Tarixən zamanın nəbzini tutmağı, hadisələrə obyektiv qiymət verməyi bacaran liderlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olmuş, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, sınaqlarından üzüağ çıxarmış, milli xilaskara çevrilmişlər. Belə müdrik dövlət xadimləri ən çətin vəziyyətlərdən az itki ilə çıxış imkanı yaradan optimal qərarlar qəbul etmiş, xalqlarının mənafeyi naminə həyatlarını riskə atmaqdan belə çəkinməmişlər. Azərbaycan xalqının müasir tarixində əvəzolunmaz yeri və xidmətləri olmuş ulu öndər Heydər Əliyev də məhz xilaskarlıq və quruculuq missiyası ilə hələ sağlığında ümummilli liderə çevrilmişdir.

Yüksək idarəçilik keyfiyyətləri, hadisələrin gələcək inkişaf axarını böyük uzaqgörənliklə duymaq bacarığı, sözünü məqamında deməyi bacarması, bütövprinsipial xarakteri sayəsində ulu öndər hadisələrin fövqünə qalxaraq idarəçilik qabiliyyətini reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsi istiqamətində cərəyan edən proseslərin önündə getdiyini təsdiqləyən faktlar kifayət qədərdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikada cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə qətiyyən biganə qalmayan ulu öndər Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə dövlət müstəqilliyinin qazanılması, milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Naxçıvan MSSR adının dəyişdirilməsi, burada ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli dövlət bayrağının ucaldılması, habelə keçmiş SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun boykot edilməsi və digər mühüm hadisələr bunun əyani təsdiqidir.

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də, de-fakto bu istəyini reallaşdırmamış, hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkənin ictimai-iqtisadi formasiya dəyişkənliyinin doğurduğu ağır problemlərin öhdəsindən gələ bilməmişlər. Nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. 1993-cü ilin iyun ayında Gəncədə baş qaldırmış hərbi qiyam isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı inamsızlığın məntiqi sonluğa yetişməsi idi. Müəyyən xarici qüvvələrin dəstəklədiyi bu silahlı qiyam respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsi, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanması təhlükəsini alovlandırmışdı.

Ümummilli liderin 1993-cü ilin 9 iyununda xalqın təkidli istəyinə səs verərək Bakıya qayıtması isə onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, dövlətinin taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Respublikada hərc-mərcliyin, dərəbəyliyin hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərinin işğalının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycana qənim kəsildiyi, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişmək, normal məcrasına salmaq böyük siyasət və müdriklik tələb edirdi. Bugünkü prizmadan bir daha aydın görünür ki, Heydər Əliyevin qan içində çalxalanan paytaxta gəlməsinin özü bir qəhrəmanlıq nümunəsi, liderlik örnəyi idi.

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi isə onun sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Əgər xalqın təkidi ilə Heydər Əliyev həmin gün yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olacaqdı. Bu qayıdış ilk növbədə Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Bu da təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi respublikanın çağdaş tarixində dönüşQurtuluş mərhələsi kimi dəyərləndirilir.

Xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin 10 oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, dünya təsərrüfat sisteminə inteqrasiya, xarici iqtisadi əlaqələrin gücləndirilməsi, münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını təşviq edən liberal inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur.

Sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da strateji məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış və mərhələlərlə həyata keçirilmişdir. XX əsrin qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən “Əsrin müqaviləsi” Azərbaycanın siyasiiqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. Bu müqavilə, eyni zamanda, Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixiləşmişdir.

Ulu öndər Heydər Əliyevin həmin illərdə müəyyənləşdirdiyi iqtisadi islahatlar bir tərəfdən ağır iqtisadi böhran və tənəzzül şəraitində əhalinin sosial vəziyyətini qismən də olsa yaxşılaşdırmağa, digər tərəfdən iqtisadi inkişafa xidmət edən islahatları təxirəsalmadan həyata keçirməyə xidmət edirdi. Sirr deyildir ki, 1992-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır, əhalinin maddisosial vəziyyətini ağırlaşdırırdı. Həyata keçirilən iqtisadi siyasətin müvəffəqiyyəti genişmiqyaslı sabitləşdirmə tədbirləri ilə inflyasiyanın cilovlanmasından və makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin olunmasından asılı idi. Bu reallığı düzgün dəyərləndirən ulu öndər Heydər Əliyev ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək üçün onun liberallaşdırılması istiqamətində radikal addımların həyata keçirilməsini təmin etdi. 1994-1995-ci illərdə xarici ticarət əməliyyatlarının liberallaşdırılmasına başlanıldı və bu sahədə islahatlar qısa zamanda “Açıq qapı” siyasətinin tətbiqi zərurətindən irəli gəlirdi.

İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Bununla bağlı olaraq 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Beləliklə, bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanmasına yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək almışdır. Beynəlxalq Valyuta FonduDünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlayaraq ölkəmizə maliyyə yardımı göstərməyə başlamışdılar. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn islahatlar həyata keçirilmişdir. Sərt və çevik pul-kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması, xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təminatına nail olunmuşdur.

Bütün bunların nəticəsi olaraq 1996-cı ildən ölkədə ümumi daxili məhsulun artımına nail olunmuş, 1997-ci ildə bu artım 5,8 faiz təşkil etmişdir. Real sektordakı bu canlanma Cənub-Şərqi Asiyadaqonşu Rusiyada baş vermiş dərin maliyyə böhranına baxmayaraq, 1998-ci ildə daha da inkişaf etmişdir. Qısa zamanda Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa başlamış, bu, ilk növbədə sahibkarlığın inkişafı istiqamətində atılan ardıcıl addımların nəticəsi olmuşdur. Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır.

1997-2003-cü illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxilixarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

1997-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında kiçikorta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. Dövlət proqramında ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı öz əksini tapmışdır. Dövlət proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərilmişdir.

Kiçikorta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə “Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə “Haqsız rəqabət haqqında”, “İnvestisiyaların qorunması haqqında”, “İstehlak bazarı haqqında” və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerlixarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Ümummilli lider Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçikorta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı” özəl sektorun inkişafını stimullaşdıran tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb etmiş, dövrün bir sıra reallıqları ilə şərtlənmişdir. Ulu öndər dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılmasını da Azərbaycanda sahibkarlığın davamlı inkişafının təmin edilməsi baxımından son dərəcə vacib saymışdır. Bu baxımdan yaradılmış mexanizmlər dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynamışdır. Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması Azərbaycanda sahibkarlığın inkişafına nail olmaq, sahibkarların dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq, onların həlli üçün təkliflər verməkdir.

Ümummilli lider Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlarında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümimi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 75 faizə yüksəlmişdir.

Ümumiyyətlə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni - Azərbaycan modelinin formalaşmasına zəmin yaratmışdır. Son 12 ildə tam şəkildə formalaşandünyada tanınan bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosialyönümlüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil etmişdir.

2003-cü ildən bu siyasəti uğurla həyata keçirən və yeni çalarlarla zənginləşdirən möhtərəm Prezident İlham Əliyevin son 12 ildə həyata keçirdiyi siyasət Azərbaycanı regionda ən sürətlə inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətə çevirmişdir. Dövlət başçısı cənab İlham Əliyev son 12 ildə ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Son 12 ildə xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

Bütün bunlar, şübhəsiz, Azərbaycanı qlobal miqyaslı tədbirlərin mərkəzinə çevirir. Son 1 ildə dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin etmiş, real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan vermişdir. Bu mənada bir sıra nüfuzlu reytinq agentliklərinin Azərbaycanla bağlı optimist proqnozları da kifayət qədər ciddi əsaslara söykənir. Xatırlatmaq yerinə düşər ki, bu il martın 13-də “Fitch Ratings” beynəlxalq kredit agentliyi Azərbaycanın uzunmüddətli yerlixarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində təsdiq edərək proqnozusabit” saxlamışdır. Şübhəsiz, aparıcı beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanın əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş “BBB-” investisiya səviyyəli “sabitproqnozlu dərəcənin təsdiqi ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirməklə yanaşı, ona beynəlxalq maliyyə ictimaiyyəti tərəfindən yüksək etimadın göstəricisidir.

Bu proqnozlar həm də ölkənin əldə etdiyi real statistik göstəricilərə əsaslanır. Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında səslənən rəqəmlərə əsasən, yanvar-mart aylarında qeyri-neft sektorunda artım 7 faiz təşkil etmiş, sənaye istehsalı 4 faiz artmışdır.

Qeyri-neft sektorunun aparıcı qolu olan kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi də son illər ölkəmizdə həyata keçirilən islahatların ana xəttini təşkil etmişdir. Mütəxəssislər bildirirlər ki, hazırda respublikanın ümumi daxili məhsulunun təxminən 8 faizə qədəri məhz kənd təsərrüfatının payına düşür. Hazırda ölkə əhalisinin 47,1 faiziya 4,3 milyonu kəndlərdə yaşayır və məşğul əhalinin 37,9 faizi (1,6 milyon nəfər) kənd təsərrüfatında çalışır. Bu onu göstərir ki, ölkəmiz kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malikdirbundan səmərəli istifadə etmək lazımdır. Üstəlik, Azərbaycanın zəngin və əlverişli torpaq-iqlim şəraiti, nisbətən ucuz işçi qüvvəsi və ekoloji cəhətdən təmiz məhsul istehsal etmək imkanları dünya bazarında rəqabətqabiliyyətli, keyfiyyətli məhsullar istehsalına əlverişli şərait yaradır. Kənd təsərrüfatının dinamik inkişaf etdirilməsi yolu ilə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının gerçəkləşdirilməsi təkcə iqtisadi deyil, həm də milli təhlükəsizliklə bağlı strateji məsələdir.

Bu reallığı nəzərə alan ölkə başçısı cənab İlham Əliyev hələ 2015-ci il yanvarın 15-də cari ilin Azərbaycanda “Kənd təsərrüfatı ilielan edilməsi ilə bağlı sərəncam imzalamışdır. Bu sərəncam kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemlikompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialının geniş təbliği məqsədinə xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 3 aprel tarixli sərəncamı əsasında “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ilielan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Sərəncama əsasən, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ilielan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək tapşırılmışdır.

Ümumilikdə, regional inkişaf və tərəqqiyə xidmət edən tədbirlər Azərbaycanın əsas sənaye mərkəzlərindən olan Sumqayıt şəhərinin də simasının əsaslı dərəcədə dəyişməsinə səbəb olmuşdur. Təkcə onu demək kifayətdir ki, möhtərəm Prezident son 4 ildə 8 dəfə Sumqayıtda olmuş, bu səfərlər Sumqayıtla bağlı strateji planların, layihələrin reallaşdırılmasına yeni təkan vermişdir. Dövlət başçısı bu səfərlər zamanı Sumqayıtda bir sıra obyektlərin açılış mərasimində iştirak etmiş, şəhərin müxtəlif yerlərində - parkxiyabanlarda, küçələrdə, o cümlədən dənizkənarı bulvarda başlanmış əsaslı təmir, yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olmuş, bu işlərin zövqlə aparılması üçün dəyərli tövsiyələrini vermişdir.

Tərəqqi və inkişafa təkan verən dövlət proqramları çərçivəsində xüsusən də son illər Sumqayıtda tikinti-quruculuq, abadlıq işləri daha ünvanlı, konkret və məqsədyönlü xarakter almışdır. Dövlət başçısının davamlı diqqət və qayğısı nəticəsində daxili resurslar inkişaf məqsədilə səfərbər edilmiş, şəhərin inkişaf və tərəqqisinə xidmət edən mühüm layihələrin icrasına başlanılmışdır. Aparılan abadlıq, quruculuq işlərinin mahiyyətcə kampaniyaçılıqdan, kosmetik dəyişikliklərdən uzaq olması, şəhərin uzun illərdən bəri həllini gözləyən problemlərinin kompleks həllinə xidmət etməsi sakinlərdə ciddi razılıq doğurur.

Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni yerlərinin açılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığının azaldılmasında sənaye potensialının əhəmiyyəti xüsusi vurğulanmalıdır. İnkişafın hazırkı mərhələsində yüksək makroiqtisadi göstəricilərin davamlığının təmin edilməsi həm də rentabellielmtutumlu sənaye müəssisələrinin yaradılmasından asılıdır. Sumqayıt şəhərində son illərdə sənayenin inkişafının mühüm məsələ kimi gündəliyə gəlməsi də bu amillə bağlıdır. Bu zərurət ilk növbədə sovetlər birliyi dövründən Sumqayıtın güclü sənaye şəhəri kimi formalaşması, burada güclü sənaye müəssisələrinin fəaliyyət göstərməsi ilə bağlıdır. 2014-cü ilin respublikamızda “Sənaye ilielan edilməsi Sumqayıtda sənayeləşmə prosesinə yeni təkan vermişdir.

Sonda xüsusi vurğulamaq istərdik ki, ilk Avropa Oyunlarının Azərbaycanın şəhər və rayonlarını dolaşaraq Bakıya gətirilən əzəmətli məşəli ümumən bölgələrimizin qısa müddətdə keçdiyi inkişaf yoluna da işıq salmışdır. Mayın 31-də məşəl estafetini Sumqayıt şəhəri qəbul etmiş, bu əlamətdar mərasim insanlarda bayram ovqatı doğurmuş, şəhər rəhbərliyi tərəfindən diqqətəlayiq tədbirlər təşkil olunmuşdur. İlk Avropa Oyunlarının məşəli Sumqayıtda böyük təntənə, coşqu ilə qarşılanmış, minlərlə şəhər sakini ulu öndər Heydər Əliyevin abidəsi önündə Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəlin qarşılanması mərasimini sevinclə izləmişdir.

İlk Avropa Oyunlarının bu gün baş tutacaq təntənəli açılış mərasimini təkcə Azərbaycan xalqı deyil, ümumən Avropadünya dövlətləri bayram ovqatında izləyəcəklər. Bu Oyunlar respublikamızın təkcə Cənubi Qafqazda deyil, ümumən Avropada güclü iqtisadi potensiala, siyasi nüfuza, zəngin mədəniyyətə, özünəməxsus dəyərlərə malik olduğunu, fərqli sivilizasiyaların dialoqu üçün münbit məkana çevrildiyini bir daha nümayiş etdirəcəkdir.

 

Qüdrət KƏRİMOV,

“Xəzər” ASC-nin sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 5.