Latviya parlamentinin sədr müavini birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib

 

Qitənin ən böyük və mötəbər idman bayramında - birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün bir çox ölkələrin dövlət və hökumət başçıları, yüksək səviyyəli qonaqlar Azərbaycana səfərə gəlməkdə davam edirlər.

İyunun 11-də Latviya Respublikası parlamentinin sədr müavini Andrey Klementyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 7.