Azərbaycana səfərə
gələn Küveytin gənclərlə
iş üzrə dövlət naziri “Bakı-2015”-in
açılış mərasimində iştirak
edəcək
Küveyt
Dövlətinin gənclərlə iş üzrə dövlət
naziri şeyx Salman Sabah Salem Al-Humoud Al-Sabah birinci Avropa
Oyunlarının açılış mərasimində
iştirak etmək üçün iyunun 11-də Azərbaycana
gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda
Küveytin gənclərlə iş üzrə dövlət nazirini
Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin
nümayəndələri qarşılayıblar.
Azərbaycan.- 2015.- 12 iyun.- S. 7.