Birinci Avropa Oyunları Belarus mətbuatının diqqət mərkəzindədir
Birinci Avropa Oyunlar Belarus mediasının
da diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Belarusun
BELTA Teleqraf Agentliyinin
saytında birinci Avropa Oyunlarında yarışların keçiriləcəyi
obyektlərdə sanitar
nəzarətin gücləndirilməsi
haqda məqalə yerləşdirilib.
Yazıda atletlərin sağlamlığının mühafizəsi məqsədilə zəruri tədbirlərin görüldüyü qeyd olunub. Bildirilib ki, Avropa Oyunları ilə əlaqədar Azərbaycan Səhiyyə Nazirliyinin sanitar-epidemiologiya xidməti birinci “Bakı-2015” Oyunları Əməliyyat Komitəsinin müvafiq strukturları ilə birlikdə 20 obyektdə sanitar-epidemioloji ekspertiza və zəruri laborator tədqiqat aparıb. Ərzaq məhsulları ilə suyun laborator tədqiqatının müasir tələblərə uyğun qaydada aparılması üçün yeni avadanlıq alınıb, mütəxəssislərin yüksək hazırlıq səviyyəsi təmin edilib və yeni göstəricilərin müəyyənləşdirilməsi metodları tətbiq olunub. Gigiyena və Epidemiologiya Mərkəzi qısa müddətdə Bakıda və Mingəçevirdə atletlərin məskunlaşacaqları, o cümlədən qidalanacaqları Olimpiya obyektlərində içməli suyun analizini aparıb və normadan kənar göstəricilər müəyyən etməyib. Mərkəz tərəfindən Avropa Oyunlarının davam etdiyi günlərdə Bakıda və Mingəçevirdə ikinövbəli iş rejiminə keçilməsi, qidalanma obyektlərində, həmçinin əhalinin kütləvi istirahət məkanlarında sanitar nəzarətin gücləndirilməsi, içməli suyun gündəlik analiz edilməsinə dair müvafiq göstərişlər verilib.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
AZƏRTAC
Azərbaycan.- 2015.- 12 iyun.- S. 7.