İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyuruq

 

Bu günlər bütün dünyanın diqqəti Azərbaycana, onun paytaxtı Bakıya yönəlib. Hamı ilk Avropa Oyunlarının açılışını böyük səbirsizliklə gözləyir. Qeyri- səlis məntiq nəzəriyyəsinin banisi kimi müxtəlif xarici ölkə universitetləri və elmi mərkəzlərdə mühazirələr aparıram, tələbə-gənclərlə, dünya şöhrətli alimlərlə, yazıçılarla, ziyalılarla, habelə ictimai xadimlərlə və Azərbaycan diasporunun üzvləri ilə görüşürəm. Azərbaycana dair müxtəlif maraqlı söhbətlərin, sualların şahidi oluram. Çox xoşdur ki, bu söhbət və suallarda Odlar yurdunun böyüklüyü, Azərbaycanın dünyanın diqqət hədəfinə çevrilən beynəlxalq tədbirlərə, konfranssimpoziumlara evsahibliyi etməsi, görülən abadlıq və quruculuq işləri, Azərbaycanın dünya ölkələri ilə humanitar sahədə yüksək səviyyədə əməkdaşlıq etməsi rəğbətlə açıqlanır. Bundan böyük qürur duyuruq.

Bütün dünyanın sülhsabitlik adası, sivilizasiyaların qovuşduğu məkan kimi qəbul etdiyi Azərbaycan artıq bu gün intizarla gözlənilən I Avropa Oyunlarına başladı. İlk Avropa Oyunları ərəfəsində nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, tanınmış media orqanları Azərbaycanı dünyada sülhün və təhlükəsizliyin, sabitliyin təmin olunmasına böyük töhfələr verən ölkə kimi qiymətləndirirlər. Nüfuzlu xarici mətbuat orqanları, demək olar ki, hər gün Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcəyindən bəhs edən məzmunlu yazılar dərc edir, reportajlar hazırlayırlar. Məqalələrdə Azərbaycanın iqtisadi inkişafından, insan hüquqları və demokratikləşmə, milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə edilmiş nailiyyətlərdən, dünya standartlarına cavab verən nəhəng idman infrastrukturundan, Azərbaycanın Şərq və Qərb sivilizasiyalarının daşıyıcısı kimi multikulturalizm məkanına çevrilməsindən bəhs edilir. Bütün bunlar xarici ölkələrdə yaşayan azərbaycanlılarda böyük qürur hissi doğurur. Sevinirik ki, dəfələrlə beynəlxalq tədbirlərə evsahibliyi edən Azərbaycan son illərdə dünya miqyaslı bir sıra idman yarışlarını da uğurla təşkil edərək Avropa Olimpiya Komitəsinin etimadını qazana bilib. Belə bir mötəbər idman yarışı Azərbaycanın iqtisadisiyasi gücünü bir daha bütün dünyaya nümayiş etdirəcək, Azərbaycan Avropadadünyada öz mövqeyini daha da gücləndirəcək, nüfuzunu artıracaq.

Bundan əlavə, yüz minlərlə insan bu yarışları izləyərkən müasir, gündən-günə çiçəklənən Azərbaycanı yaxından tanıyacaq, onun dinamik inkişaf edən iqitsadiyyatı, turizm məkanları, maddi-mədəniyyət nümunələri, milli-mənəvi sərvətləri haqqında geniş məlumatlar əldə edəcəkdir.

 

Lütfi ZADƏ,

ABŞ-ın Kaliforniya ştatının

Berkli Universitetinin professor

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 9.