ABŞ-da Avropa Oyunlarına həsr olunan poçt markası hazırlanıb

 

ABŞ-da fəaliyyət göstərən “AzeriAmerika” diaspor təşkilatı “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş poçt markası hazırlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, markanın üzərində Bakının simvoluna çevrilmiş Alov Qüllələrinin şəkli əks olunubingilis dilində “Bakı-2015” birinci Avropa Oyunları” sözləri yazılıb.

Markanın müəllifi ABŞ-da yaşayan 7 yaşlı Mikayıl Əliyevdir.

“AzəriAmerika” təşkilatı 2009-cu ildə ABŞ-ın Konnektikut ştatının Farmington şəhərində təsis edilib. Təşkilat həmin ildən ABŞ-Azərbaycan, ABŞ-Kanada əlaqələrinə dair ən son xəbərləri azəriamerika.com saytı vasitəsilə yayımlayır. Təşkilatın təsis olunmasında başlıca məqsəd Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixinin, dilinin, adət-ənənəsinin, həyat tərzinin və qabaqcıl siyasətinin təbliğ olunmasıdır.

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 9.