Bakının
yenilənən nəqliyyat infrastrukturuna dair xüsusi
buraxılış hazırlanıb
“Nəqliyyat hüququ” jurnalının redaksiyası Azərbaycanın, xüsusilə Bakı şəhərinin yenilənən nəqliyyat infrastrukturuna həsr edilmiş xüsusi buraxılış hazırlayıb.
Jurnalın redaksiya heyətinin üzvü, Daxili İşlər Nazirliyinin əməkdaşı, hüquqşünas Etibar Əliyev AZƏRTAC-a bildirib ki, xüsusi nəşr Bakıda keçiriləcək I Avropa Oyunlarına töhfə olaraq ərsəyə gətirilib. “20 səhifədən ibarət olan nəşrdə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin I Avropa Oyunları üçün nəzərdə tutulan avtobus deposu və fəaliyyət proqramı, Bakı-Sumqayıt-Bakı dəmir yolu xətti, Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol nəqliyyat infrastrukturu, həmçinin Oyunlar zamanında nəqliyyat sisteminin tənzimlənməsi formaları barədə oxuculara geniş məlumat verilib” - deyə E.Əliyev bildirib.
Bu nəşri oxuyan sürücü və sərnişinlər Oyunların davam etdiyi dövrdə rahat marşrutlar seçmək üçün məlumat əldə edə biləcəklər.
Etibar Əliyev onu da vurğulayıb ki, xüsusi nəşr
KİV redaksiyalarına, QHT ofislərinə, I Avropa
Oyunlarını izləmək üçün
gəlmiş xarici qonaqlara
və vətəndaşlara pulsuz olaraq paylanılacaq.
Azərbaycan.- 2015.- 12 iyun.- S. 9.