“Bakı Avropa Oyunları ərəfəsində” mövzusunda AZƏRTAC-ın fotoları TASS-ın qalereyasında

 

Rusiyanın nüfuzlu TASS informasiya agentliyi “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş silsilə fotoşəkillər təqdim edir.

“2015-ci ilin Avropa Oyunlarının paytaxtı yarışlar ərəfəsində TASS-ın fotoqalereyasında” başlığı altında verilmiş fotoreportajda Oyunların loqotipi, məşəldaşıyanlar, Rusiya idmançılarının Bakıya gəlişi, Atletlər Kəndi, Olimpiya Stadionu, qədim İçərişəhər, milli geyimli könüllülər və sair barədə AZƏRTAC-ın təqdim etdiyi fotoşəkillər yer alıb.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 11.