Monteneqro mətbuatı: Bakı avropalı atletləri qəbul etməyə tam hazırdır

 

Monteneqronun bir sıra xəbər saytlarında ilk Avropa Oyunlarına hazırlıqlar, yarışların keçirilməsi üçün yaradılmış infrastruktur, “Bakı-2015”-in proqramına daxil edilmiş idman növləri və bu mötəbər tədbirlə bağlı digər ətraflı məlumatların yer aldığı yazılar yerləşdirilib.

Yazılarda qeyd olunur ki, iyunun 12-dən 28-dək Bakı ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Azərbaycan bu yarışların yüksək səviyyəli təşkili ilə bütün dünyanı heyrətləndirmək istəyir. Bakıda yarışlar üçün lazımi infrastruktur yaradılıb və şəhər avropalı atletləri qəbul etməyə tam hazırdır.

Məqalələrdə “Bakı-2015”-də Monteneqronu təmsil edəcək idmançılar və onların yarışlara hazırlıqları ilə bağlı məqamlara da toxunulur. Bildirilir ki, bu ölkə Avropa Oyunlarında 9 idman növü üzrə 55 idmançı ilə təmsil olunacaq.

 

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 11.