Hər birimiz qürur hissi keçiririk

 

Yaxşı yadımdadır... 1966-cı ildə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin xətti ilə Yuqoslaviyaya turist səfərinə getmişdim. Gənclərdən ibarət 30 nəfərlik qrupa rəhbərlik edirdim. Səfər dövründə Yuqoslaviyanın fabrik zavodlarında gənclərlə görüş zamanı onlara Azərbaycan barədə məlumat verməyə çalışırdım. Görüşlərimizdə hər dəfə Azərbaycanın adını çəkəndə yuqoslaviyalı gənclər mənə çox təəccüblə baxır fasilə zamanı bu ölkənin harada yerləşdiyini soruşurdular. Elə oğlan qıza rast gəlirdim ki, onlar bu ölkənin adını birinci dəfə idi ki, eşidirdilər.

I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi məndə qürur iftixar hissi yaratmışdır.

Dünən Dənizkənarı bulvarda gəzirdim. İsveçdən bir yaşlı adam mənə yaxınlaşdı: “Mənim adım Alicodurdedi - “İdmançılar gətirmişəm. Məşqçiyəm. Belə bir şəhərdə yaşamaq böyük xoşbəxtlikdir. Hər yer təmiz, çiçəklərlə doludur. İlk dəfədir ki, Şərq ölkəsində belə qayda-qanun görürəm.”

Əcnəbinin bu sözlərini təkcə mən yox, xeyli adam eşitdi.

Ətrafdakı gənclərə diqqət kəsildim. Biri dedi ki, niyə biz bu ölkənin qədrini bilmirik? Hiss etdim ki, bu gənclər necə sevinirlər.

Bu gün Azərbaycan Avropa dünya tarixində ilk dəfə Avropa Oyunları keçirir. Bütün dünyanın diqqəti vətənimizdədir. Bu, bir tarixi hadisədir. Bizim hər birimiz qürur hissi keçiririk, hər birimiz azərbaycanlı olmağımızla fəxr etməliyik. Çünki milliyyətindən dini etiqadından asılı olmayaraq, respublikanın, Avropanın, bütün dünyanın sakinləri məhz Azərbaycanın paytaxtında idman yarışlarını izləyəcəklər.

Son illər Azərbaycan idmanının müxtəlif növləri üzrə keçirilən bir çox mötəbər yarışlara, eləcə digər beynəlxalq tədbirlərə evsahibliyi edir. Bu da ölkəmizin regionun aparıcı ölkəsinə, həmçinin mədəniyyət mərkəzinə çevrildiyinin sübutudur. I Avropa Oyunlarına təsəvvüredilməz dərəcədə qısa bir müddətdə hazırlıq ilk növbədə Azərbaycanın iqtisadi gücünü ölkə rəhbərinin yüksək təşkilatçılıq imkanlarını əks etdirir. Bu, yalnız möhtəşəm idman bayramı deyil, həm mühüm mədəniyyət hadisəsidir.

Görülən işlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Gələcəkdə Avropa Oyunlarının tarixi yazılarkən Avropa Oyunlarının əsasının Azərbaycanda qoyulduğu xüsusi vurğulanacaq. Bu isə o deməkdir ki, respublikamız artıq Avropanın idman həyatının çox önəmli bir hadisəsinə evsahibliyi etmiş ölkə kimi tarixə düşəcək. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlıdır.

Son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sırasına daha biri əlavə edilir ki, o da nəinki adını daşıdığı qitənin, hətta dünyanın marağındadır. Demək, ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları həm bizim bütövlükdə kimliyimizin təsdiqi üçün yaradılmış meydandır.

Sivilizasiyaların mədəniyyətlərin qovuşduğu, müasirliyi ilə avropalıları heyran qoyan Azərbaycanın paytaxtı Bakı özgə bir büsatda, təm-təraqdadır. “Bakı-2015” I Avropa Oyunlarının ölkəmizi bürüyən şənlik növrağı dünyaya səs salıb. Bu gündən Azərbaycanda dünya idmanının yeni səhifəsi açılır. Mədəniyyətlərin tarixlərin qovuşduğu Odlar yurdunun istər sürətli inkişaf strategiyası, istərsə digər sahələrdəki təcrübəsi dünya xalqlarının marağına səbəb olub. Mədəni dəyərlərin öyrənilməsinə onlardan istifadə edilməsinə son illər daha çox diqqət ayrılmasının da səbəbləri az deyil. İlk Avropa Oyunları xalqımızın sülhpərvər, tolerant, qədim mədəniyyətə zəngin mənəviyyata malik olduğunu da təsdiqləyəcək möhtəşəm bir idman tədbiridir. Bunu Bakıya gələn əcnəbi turistlərin söylədikləri fikirlər təsdiqləyir. BakınıKüləklər şəhərikimi tanıyan əcnəbi turistlər gözəl mənzərələri, tarixi abidələri seyr etdikcə, qonaqpərvərliyin ən yüksək formasını gördükcə heyranlıqlarını gizlədə bilmirlər. Əcnəbilərin dili ilə desək, Azərbaycan xalqı xoşbəxtdir ki, belə tarixi məkanlara sahibdir, tolerantlıq məkanıdır. Əsl islam ölkəsinin bir nümunəsidir. Onun sərvətləri həm insanlarıdır.

Söz yox ki, I Avropa Oyunları Azərbaycanın gələcəkdə mötəbər daha böyük idman yarışlarına evsahibliyi etmək imkanlarını yüksəldəcək. Avropa Oyunlarının keçirilməsində əldə ediləcək təcrübə gələcəkdə digər mühüm yarışlara evsahibliyi etməyimizə şərait yaradacaq. Eyni zamanda, Avropa Oyunlarının keçirilməsi ilə bağlı standartları Azərbaycan müəyyənləşdirəcək. Avropa Oyunlarının vətəni hesab olunacaq Odlar yurdu bu möhtəşəm missiyası ilə dünyaya səs salacaq bu Oyunlardan sonra Azərbaycanı yaxından tanıyanların sayı çoxalacaq, turizm burada daha da inkişaf edəcək.

Tam əminliklə söyləmək olar ki, “Bakı-2015” I Avropa Oyunlarına evsahibliyi edən Azərbaycan göstərilən böyük inam etimadı doğruldacaq, Oyunları yüksək səviyyədə keçirəcək.

Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan dünyaya günəş tək doğacaq. Budur, Azərbaycan dünyaya şəfəq saçır dinindən, irqindən asılı olmayaraq hər kəs bir müsəlman ölkəsində düzənlənən idman bayramına tamaşa edir. Bu bizi qürurlandırır və xalqımıza böyük sevinc hissləri yaşadır.

 

Çingiz FƏRƏCOV,

Azərbaycan Respublikasının

əməkdar kənd təsərrüfatı işçisi

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 13.