Prezident İlham
Əliyev ilk Avropa
Oyunlarının açılış mərasiminin
iştirakçısı olan dövlət,
hökumət başçıları və yüksək səviyyəli
qonaqlar ilə birgə şam
edib
İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edən dövlət və hökumət başçıları, yüksək səviyyəli qonaqlar ilə birgə şam ediblər.
Şam yeməyində dövlət və hökumət başçıları, yüksək vəzifəli şəxslər Prezident İlham Əliyevi və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı açılış mərasiminin uğurla keçməsi münasibətilə təbrik etdilər.
Möhtəşəm
açılış mərasimi müstəqillik
dövründə ölkəmizin əldə etdiyi
uğurları, möhkəmlənən beynəlxalq imicini, iqtisadi qüdrətini,
dinamik sosial-iqtisadi
inkişafını, beynəlxalq tədbirlərin təşkilində
zəngin təcrübəsini, idmançılarımızın
ən nüfuzlu beynəlxalq yarışlarda
qazandıqları nailiyyətləri, Bakının planetin ən gözəl şəhərlərindən
birinə çevrildiyini bir
daha təsdiqlədi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 14 iyun.- S. 3.