Azərbaycan Prezidenti İlham
Əliyevin və Rusiya Prezidenti
Vladimir Putinin görüşü
İyunun
13-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində
iştirak etmiş Rusiya Federasiyasının Prezidenti Vladimir
Putinlə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlətinin başçısı Vladimir Putini qarşıladı.
Görüşdə Prezident İlham ƏLİYEV dedi:
- Hörmətli Vladimir Vladimiroviç.
İcazə verin, Sizi yenidən Azərbaycana gəlməyiniz münasibətilə ürəkdən salamlayım. Ölkəmizə xoş gəlmisiniz!
Dünən Rusiya milli bayramını qeyd edirdi. Bununla əlaqədar
icazə verin, bir daha Sizi və bütün Rusiya
xalqını səmimi qəlbdən təbrik edim.
Qeyd edim ki, belə bir bayram günündə Sizin
buraya gəlməyinizə Azərbaycanda böyük əhəmiyyət veririk. Biz bunu
dövlətlərimiz arasında dostluğun
və yüksək səviyyəli əməkdaşlığın
təcəssümü kimi qiymətləndiririk.
Ölkələrimiz arasında münasibətlər çox müsbət və dinamik
inkişaf edir. Bu əlaqələr ildən-ilə daha da yüksəlir. Biz Sizinlə müntəzəm olaraq Moskvada, Bakıda və
digər yerlərdə görüşürük.
Həmçinin bizim nazirlər müxtəlif
səviyyədə görüşlər keçirir
və müzakirələr aparırlar. Bütün
istiqamətlərdə fəal dialoq
aparılır, parlamentlərarası əlaqələr
möhkəmlənir, iqtisadi sahədə
yaxşı nəticələr var. Dünyada iqtisadiyyatın çətinliklərinə
baxmayaraq, biz iqtisadi sahədə də
qarşılıqlı əməkdaşlıq
potensialımızı artırırıq. Deyərdim ki, humanitar sahədə də
bizim əlaqələrimiz nümunəvidir
və biz öz
uğurlarımızı inkişaf etdiririk. Başqa sözlə,
ölkələrimiz arasında münasibətlərin mümkün səviyyəsi əlaqələrimizi
daha da inkişaf
etdirməyə və gələcəyə nikbin
baxmağa imkan verir. Bir daha Azərbaycana xoş gəlmisiniz!
X X
X
Rusiya Prezidenti Vladimir PUTİN dedi:
- Çox sağ olun,
hörmətli İlham
Heydər oğlu.
Mən də öz tərəfimdən
Sizi dünən reallaşan tarixi hadisə - ilk Avropa Oyunlarının açılışı
münasibətilə təbrik
edirəm. Bu, həqiqətən
də beynəlxalq idman hadisəsinə layiq, möhtəşəm,
təəssüratoyadıcı bir hadisə, eyni zamanda, istedadla,
ləyaqətlə çox
gözəl təşkil
olunmuş təqdimat idi. Deməliyəm ki, bunu hazırlayanlar əbəs
yerə zəhmət sərf etməyiblər, bu tədbir həqiqətən çox
gözəl alınıb.
Mən Sizin ölkələrimiz arasındakı
münasibətlərin səviyyəsi,
dövlətlərarası əlaqələr barədə
fikirlərinizlə tam razıyam. Sevindirici haldır
ki, ölkələrimiz
arasında ticarət dövriyyəsi artır.
Keçən il artım 12 faizdən çox olub və bu
ilin birinci yarısında təxminən
6 faiz təşkil edib. Bütövlükdə bu, onu göstərir ki, azərbaycanlı sahibkarlar
bizim mövcud bazarlardakı, o cümlədən
ərzaq bazarındakı
imkanlardan mümkün
qədər daha səmərəli istifadə
edirlər. Bu da bizi çox
sevindirir. Fikrimcə, əgər
bu əməkdaşlıq
genişlənərsə, vəziyyət
daha yaxşı olacaq. Bu, bizim
maraqlarımıza uyğundur.
Zənnimcə, biz münasibətlərimizi daha da şaxələndirməliyik.
Bunun üçün bütün
imkanlar var. Əminəm
ki, bütün bu tədbirlər öz müsbət nəticələrini verəcək.
Dəvətə görə təşəkkürümü
bildirirəm.
X X
X
Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin birgə nahar
etdilər.
Sonra Prezident
İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini evinə çay süfrəsinə
dəvət etdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Rusiya dövlətinin başçısı Vladimir Putinlə
çay süfrəsi
arxasında səmimi söhbət etdilər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putini yola saldılar.
AZƏRTAC
Azərbaycan.- 2015.- 14 iyun.- S. 3.