Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Birləşmiş Ərəb Əmirlikləri xalqı və dövləti adından, şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunam.

Sizə ən yüksək ehtiramımı bildirir, Zati-alinizə xoşbəxtlik, dost Azərbaycan xalqına isə daha firavan həyat arzu edirəm.

Hörmətlə,

 

Əlahəzrət şeyx Xəlifə bin Zayed Al NƏHYAN,

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti

 

Azərbaycan.- 2015.- 14 iyun.- S. 3.