Azərbaycan Prezidenti İlham Əliyev
İtaliya Baş nazirinin birinci müavinini qəbul edib
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İtaliya Respublikası Baş nazirinin birinci müavini Klaudio De Vinçentini qəbul edib.
İtaliya Baş nazirinin birinci müavini Klaudio De Vinçenti “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasiminin onda dərin təəssürat yaratdığını dedi.
Görüşdə Azərbaycan
ilə İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin
uğurla inkişaf etdiyi vurğulandı, səfərin əməkdaşlığımızın
müxtəlif istiqamətlərinin müzakirəsi
baxımından önəmi qeyd olundu, əlaqələrin enerji,
sərmayə qoyuluşu, kənd təsərrüfatı,
ətraf mühitin mühafizəsi, qeyri-neft sektoru və digər
sahələrdə daha da
genişləndirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi
aparıldı.
AZƏRTAC
Azərbaycan.-2015.- 14 iyun.- S. 4.