“Bakı-2015”in
açılış mərasimində Ukraynanın gənclər
və
idman naziri və Dövlət Fiskal
Xidmətinin rəisi də iştirak edəcəklər
Birinci
Avropa Oyunlarının açılış mərasimində
iştirak edəcək yüksək səviyyəli nümayəndələr
arasında Ukraynanın gənclər və idman naziri İqor
Jdanov və Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi, Ali
Radada Azərbaycanla parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov
da var.
İyunun
12-də İqor Jdanov və Roman Nəsirov “Bakı-2015”in rəsmi
açılış mərasimində iştirak etmək
üçün Azərbaycana gəliblər.
Azərbaycan.-2015.- 13 iyun.- S.8.