Rusiya Prezidenti Vladimir Putin ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

 

Azərbaycan.-2015.- 13 iyun.- S.7.