İsveçrənin Federal
Şurasının üzvü və Xarici İşlər Departamentinin
rəhbəri Bakıdadır
İsveçrənin
Federal Şurasının üzvü və Xarici İşlər
Departamentinin rəhbəri Didye Burkhalter iyunun 12-də
“Bakı-2015” birinci Avropa Oyunlarının
açılış mərasimində iştirak etmək məqsədilə
Azərbaycana gəlib.
Hər
iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda Didye Burkhalteri Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları
Əməliyyat Komitəsinin nümayəndələri
qarşılayıblar.
Azərbaycan.-2015.- 13 iyun.- S.8.