İtaliya Baş nazirinin birinci müavini Azərbaycanda səfərdədir

           

İtaliya Respublikası Baş nazirinin birinci müavini Klaudio De Vinçenti iyunun 12-də “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycana gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İtaliya Baş nazirinin birinci müavinini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

 

Azərbaycan.-2015.- 13 iyun.- S.8.