Bilik hər bir menecerə lazımdır

 

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Layihələrin İdarə olunması İnnovasiyalar MərkəzindəLayihələrin idarə edilməsi üzrə müasir tələblərmövzusunda tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası (IPMA) Azərbaycan nümayəndəliyinin (AzPMA) keçirdiyi tədbir layihə menecerləri ilə təcrübə mübadiləsi aparmaq, prosesində qarşıya çıxan çətinlikləri aradan qaldırmaq məqsədi daşıyır. Mərkəzin sertifikatlaşdırma, tədris üzvlük klubunda menecerlər arasında belə təcrübə mübadiləsi müntəzəm aparılır.

Tədbirdə AzPMA-nın prezidenti, IPMA-nın birinci asessoru, professor İqbal Babayev layihələr idarə edilərkən nəzərə alınması vacib olan əsas məqamlardan, layihələri idarə edən ofisin formalaşdırılması prinsiplərindən, idarəetmə komandasının yaradılması resursların müəyyənləşdirilməsi məsələlərindən danışıb.

Müxtəlif şirkət, firma birlikləri təmsil edən layihə menecerləri layihələrin idarə edilməsinə müasir yanaşma, beynəlxalq təcrübənin Azərbaycan reallıqlarının nəzərə alınması məsələlərini müzakirə ediblər. Qeyd olunub ki, Azərbaycanda bu günədək 20-dən çox irimiqyaslı layihə həyata keçirilib. Menecerlər layihələrin həyata keçirilməsi ilə bağlı fikir mülahizələrini bildirib, düzgün yanlış məqamları diqqətə çatdırıblar.

İ.Babayev menecerlərə həyata keçirilməkdə olan layihələrin zamanın tələblərinə dərəcədə cavab verdiyini daim nəzarətdə saxlamağı tövsiyə edib.

Bildirilib ki, hər bir layihə özünəməxsusluğu ilə seçilir. Layihələrin idarə edilməsinin genetik modeli hər bir layihənin həyata keçirildiyi mühiti nəzərə almağı tələb edir. Belə olduqda layihənin uğurla başa çatması ehtimalı artır.

İ.Babayev tədbirdə iştirak edən layihə menecerlərinin suallarını cavablandırıb, yaranmış vəziyyətdən çıxış yollarını tapmaq, bəzi çətinlikləri aradan qaldırmaq üçün zəruri olan adekvat tədbirlərdən danışıb.

Görüşdə bildirilib ki, AzPMA bu günədək 150-dən artıq yerli beynəlxalq təlim təşkil edib, ölkənin 80-dən çox inkişaf etmiş şirkət müəssisəsinin iki mindən çox layihə menecerini təlimləndirib. Hazırda Azərbaycanda 217 nəfər IPMA-nın beynəlxalq layihə meneceri statusu alıb. Onlar beynəlxalq milli sertifikatlaşdırılmış layihə menecerləri reyestrində qeydiyyatdan keçiblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 14 iyun.- S. 26.