Qırğızıstan Baş nazirinin birinci müavini Bakıya gəlib

 

Qitənin ən böyük və mötəbər idman bayramında - birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün bir çox ölkələrin dövlət və hökumət başçıları, yüksək səviyyəli qonaqlar Azərbaycana gəlməkdə davam edirlər.

İyunun 12-də Qırğız Respublikası Baş nazirinin birinci müavini Tayırbek Sarpaşev ilk Avropa Oyunlarının açılışında iştirak etmək məqsədilə Bakıya gəlib.

 

 

Azərbaycan.-2015.- 13 iyun.- S.7.