Almaniya Bundestaqının Azərbaycan haqqında qətnaməsi qərəzlidir

 

Bu bəyanatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb

 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti Almaniya Bundestaqının Azərbaycana qarşı qərəzli qətnaməsi ilə bağlı bəyanat yayıb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş bəyanatda deyilir: “İyunun 12-də Almaniya Bundestaqında ölkəmizə qarşı qərəzli, böhtan xarakterli, ictimai-siyasi sabitliyə, inkişafamövcud tolerantlıq mühitinə kölgə salmağa cəhd edən qətnamə qəbul olunub. Qətnamədə ölkəmizdə din azadlığının məhdudlaşdırılması, qeyri-islam dini icmalara qarşı ayrı-seçkilik və diskriminasiya hallarına yol verildiyi iddia olunur. Məqsədyönlü və qərəzli xarakter daşıyan, heç bir əsası olmayan, cəfəngiyat dolu bu sənədin qəbul olunması iki ölkə arasında münasibətlərə zərər gətirməklə yanaşı, Azərbaycan ictimaiyyəti tərəfindən də ciddi etirazla qarşılanıb.

Bildirmək istəyirik ki, Azərbaycanda dini etiqad azadlığı Konstitusiya və “Dini etiqad azadlığı haqqında” Qanunla təsbit olunub. Dövlətin din siyasəti bütün dini konfessiyalara bərabər şəraitin yaradılması, dini icmalara və ibadət yerlərinə dövlət qayğısı əsasında formalaşıb. Azərbaycan dünyəvi dövlət olsa da, dövlət tərəfindən daim dinə xüsusi diqqət və qayğı göstərilir. Məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da təmir-bərpa edilir, yeniləri tikilərək inanclı insanların istifadəsinə verilir. Hər il dövlətimizin başçısı tərəfindən Prezidentin Ehtiyat Fondundan dini icmaların fəaliyyəti üçün maliyyə vəsaiti ayrılır. Bu il üçün də ayrılmış həmin vəsaitin 400 min manatı qeyri-islam dini icmalarına verilib.

Azərbaycan xalqı tarixən tolerant multikultural xalqdır. Ölkəmizdə heç bir tarixi dövrdə dini, irqi etnik zəmində qarşıdurma halları baş verməyib. Azərbaycanın tolerantlığı, dövlətin multikulturalizm siyasəti bütün dünyada nümunə müsbət təcrübə kimi qəbul edilir. Dini etiqadından asılı olmayaraq, qanunvericiliyin tələblərinə cavab verən bütün İslam qeyri-islam dini icmalar rəsmi dövlət qeydiyyatına alınır sərbəst şəkildə fəaliyyət göstərir.

Almaniya Bundestaqının Azərbaycana bu cür mənfi münasibət göstərməsi, ölkəmizi ayrı-seçkilikdə diskriminasiyaya yol verməkdə ittiham etməsi qəbuledilməzdir. Belə ki, Almaniyada son illər geniş vüsət alan islamafobiya prosesləri etnik dini zəmində toqquşmalarla müşayiət olunur. Bu proses indi davam etməkdədir. Almaniya 2010-cu ildə rəsmi şəkildə multikulturalizmdən imtina edərək, bu gün yaşanan İslam əleyhinə hərəkatlara islamafobiyanın geniş yayılmasına rəvac verib. Yaxşı olardı ki, Almaniya Bundestaqında Azərbaycan ilə bağlı məsələni müzakirə edən bəzi deputatlar ayrı-ayrı siyasi dairələr öz ölkələrindəki islamafobiya, anti-islam hərəkatını, dini etnik ayrı-seçkiliyin səbəblərini fəsadlarını müzakirə edərək qiymətləndirsinlər.

Bu cür mənfi halların yaşandığı, insanların dövlət səviyyəsində dini ayrı-seçkiliyə məruz qaldığı cəmiyyətin ali qanunverici orqanının Azərbaycanda guya insan haqlarının pozulmasını iddia etməsini ölkəmiz haqqında əsassız ittihamlar səsləndirməsini qəti şəkildə pisləyirik.

Azərbaycan sürətlə inkişaf edən dövlətdir. Bu inkişafa, tərəqqiyə kölgə salmaq istəyən, ölkəmiz haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy formalaşdırmağa çalışan heç bir qüvvə bu istəyinə nail ola bilməyəcək”.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 17 iyun.- S. 2.