ABŞ-ın “RTTNEWS” portalı “Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edir

 

ABŞ-ın “RTTNEWS” saytı Azərbaycanda keçirilən birinci Avropa Oyunları ilə bağlı məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə ilk Avropa Oyunları haqqında ətraflı məlumat verilir. Oyunların açılış mərasiminə diqqəti cəlb edən müəllif Bakı Olimpiya Stadionundan da bəhs edir.

Yazıda dünya şöhrətli müğənni Ledi Qaqanın açılış mərasimində iştirak etməkdən, atletləri salamlamaqdan məmnun olması barədə fikirləri də diqqətə çatdırılır.

 

Azərbaycan.- 2015.- 17 iyun.- S. 11.