Heydər
Əliyev Fondunun təşəbbüsü
ilə “Bakı-2015” ilk Avropa
Oyunları çərçivəsində uşaqlar
üçün şənlik
Fondun vitse-prezidenti Leyla
Əliyeva şənlikdə
iştirak edib
İyunun
16-da Heydər Əliyev
Fondunun təşəbbüsü
ilə “Bakı-2015” birinci
Avropa Oyunları çərçivəsində uşaq evləri və Daun Sindromlu
Uşaqların Reabilitasiya
Mərkəzinin balaca
sakinləri üçün
şənlik təşkil
olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə
iştirak edib.
AZƏRTAC
xəbər verir ki, şənlikdə iştirak edən uşaqlar “Bakı-2015” ilk Avropa
Oyunlarının ovqatını
hiss etdilər, balacalara
xas olan hədsiz səmimiyyət və sevinclə paytaxtımızda hökm
sürən xüsusi
ab-havaya əlavə rəng qatdılar. Uşaqları “Bakı-2015”-in rəmzləri
Nar və Ceyran qarşıladı.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu şənliyə gəlişi
isə uşaqların
sevincini ikiqat artırdı. Şənlikdə
Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli,
Suraxanı rayonundakı
2 nömrəli uşaq
evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya
Mərkəzinin sakinləri
iştirak etdilər.
Leyla Əliyeva
ətrafına toplaşan
uşaqların sevincini
bölüşdü, onlarla
səmimi söhbət
etdi. Bununla da xeyriyyəçiliyi,
böyüməkdə olan
nəslin hərtərəfli
qayğı ilə əhatə olunmasını,
müxtəlif humanitar
aksiyaları fəaliyyətinin
prioritet istiqamətləri
müəyyən edən
Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin
sakinlərinə növbəti
dəfə unudulmaz bir gün yaşatdı.
Tədbirdə balacalar üçün yaradılan əsl bayram ab-havası uşaqların əhval-ruhiyyəsini
daha da yüksəltdi. Balacalar müxtəlif
rəqslər ifa etdilər, yalnız uşaqlığa xas olan qayğısızlıqla
ətrafdakılarla öz
sevinclərini bölüşdülər.
Bu təbəssümü isə onlara Heydər Əliyev Fondu bəxş etdi.
Həmişə olduğu kimi, bu dəfə də Fond uşaqlarla görüşə əliboş
gəlmədi. Hər uşağa Heydər
Əliyev Fondunun hədiyyələri təqdim
edildi. Bu hədiyyələr arasında
birinci Avropa Oyunlarının suvenirləri
də oldu. Leyla Əliyeva onun ətrafında toplaşan
uşaqlarla birlikdə
rəqs etdi, söhbətləşdi, onlarla
fotolar çəkdirdi.
Bu tədbir həm
də ölkəmizin
balaca sakinlərinin birinci Avropa Oyunlarına dəstəyi
oldu. “Bakı-2015”-in atributlarını
üzərində daşıyan
balacalar Avropa Oyunlarının əhval-ruhiyyəsinə
köklənərək, öz
aralarında qısa məsafəyə qaçış
üzrə yarışda
da iştirak etdilər. Uşaqlar üçün müxtəlif oyunlar, Avropa Oyunları ilə bağlı viktorinalar keçirildi.
Qaliblər Heydər Əliyev Fondunun
hədiyyələri ilə mükafatlandırıldılar.
AZƏRTAC
Azərbaycan.- 2015.- 17 iyun.- S. 14.