I Avropa
Oyunlarının simvolları
“Qız Qalası” festivalında
Qonaqlı-qaralı Bakının Qız Qalasının qarşısındakı
meydan da bu günlər həmişə olduğundan
daha izdihamlıdır. Burada “Qız
Qalası” 6-cı Beynəlxalq
incəsənət festivalı
keçirilir.
Qədim,
sirli və bəşəri dəyərlərə malik
olan Qız Qalası UNESCO-nun “Dünya
İrs Abidələri”
siyahısına daxil edilib. “Qız
Qalası” adlı festivalın keçirilməsi
də elə bu abidənin - Azərbaycan memarlığı
incisinin, xalqımızın
qədim tarixi irsinin və zəngin mədəniyyətinin
nümunələrindən birinin təbliği məqsədini daşıyır.
“Qız Qalası” festivalı 2010-cu ildən
başlayaraq hər il keçirilir.
Ötən illər ərzində
festivalda dünyanın
müxtəlif ölkələrindən
gəlmiş 100-dən çox
tanınmış rəssam
iştirak edib.
Bu il keçirilən
sayca altıncı
festival iyunun 11-də başlanıb
və 14-də başa
çatacaq. Festivalın sərhədləri ildən-ilə yeni tematik komponentlərlə genişləndirilir. 2012-ci
ildən başlayaraq Qız Qalasının təbliği ilə yanaşı təşkilatçılar
insanların diqqətini
ətraf mühitin mühafizəsinə cəlb
etməyi də qərara alıblar.
O cümlədən Qafqaz
faunasının nəsli
kəsilmək təhlükəsi
qarşısında olan
heyvanlarının əsas
növləri haqqında
bilgiləri artırmaq
məsələsi diqqət
mərkəzindədir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə başlanan
“Ətraf mühit naminə beynəlxalq dialoq aksiyası” kampaniyası Qafqazın nəsli kəsilmək təhlükəsi olan beş heyvanını - ayı, qartal, canavar, ceyran və Qafqaz bəbirini müəyyən
edib. Maraqlıdır ki, builki festivalda iştirak edən yerli və xarici rəssamlara I Avropa Oyunlarının simvolları
- Nar və Ceyran heykəllərini rəngləmək
təklif olunur.
Rəssamların ən yaxşı işlərindən
ibarət sərgi əvvəlcə İçərişəhərdə,
sonra dünyanın bir
sıra müxtəlif ölkələrində nümayiş etdiriləcək.
Azərbaycan.-2015.- 13 iyun.- S.12.