Patrik Hikkinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda Olimpiya hərəkatının inkişafındakı böyük xidmətlərinə görə Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki “Şərəf” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 17 iyun 2015-ci il

Azərbaycan.-2015.-18  iyun.- S.3.