A.Ə.Pənahovanın “Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Amaliya Əliş qızı Pənahova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyun 2015-ci il
Azərbaycan.-2015.-18 iyun.- S.3.