Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli
cənab Prezident,
Əziz
Qardaşım,
Görkəmli
dövlət xadimi və ictimai-siyasi xadim, Türkiyə
Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatı
xəbəri bizi olduqca kədərləndirdi.
Süleyman
Dəmirəl bütün həyat və fəaliyyətini
doğma Türkiyənin rifahına həsr etmişdir. O,
Türkdilli xalqlar və dövlətlər arasında əməkdaşlığın
dərinləşdirilməsinə böyük töhfələr
vermişdir. Süleyman Dəmirəl eyni zamanda Azərbaycan
xalqının əsl dostu idi. Azərbaycana qəlbən
bağlılığı onun müstəqilliyimizə dəstəyində,
Azərbaycan-Türkiyə qardaşlığının
möhkəmlənməsi sahəsində xidmətlərində
öz ifadəsini tapmışdır.
Bu
ağır itki ilə əlaqədar Sizə, qardaş
Türkiyə xalqına, eləcə də mərhumun ailəsinə
və yaxınlarına dərin hüznlə
başsağlığı verir və kədərinizi
bölüşürük.
Allah
rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı,
17 iyun 2015-ci il.
Azərbaycan.-2015.- 18 iyun.- S. 3.