Çimərlik voleybolunda ilk qələbə qazanıldı

 

Dünən ilk Avropa Oyunlarının çimərlik voleybolu üzrə qrup mərhələsinin 1-ci turunun görüşləri keçirilib. Bu yarışlarda ölkəmizi kişi cütlüklərindən ibarət iki komanda (Neilton Santos-Yaroslav Rudıx, Bernardo Romano-Leonid Qritsay) təmsil edir.

İlk turda Santos-Rudıx cütlüyü Çexiya komandasına (R.Kufa-J.Dumek) məğlub olub - 0:2. Digər komandamız isə yarışlara qələbə ilə başlayıb. Belə ki, RomanoQritsay Litva komandasını (Rumseviçyus - Kazdailis) 2:0 hesabı ilə məğlubiyyətə uğradıblar.

Hər iki cütlük bu gün yarışları davam etdirəcək.

Qadınların yarışlarında da Azərbaycan iki komanda ilə təmsil olunmuşdur. Dünən Y.Kərimova-R.Ferreyra cütlüyü Çexiya komandası ilə (R.Rehaçkova-E.Qalova), V.Kunya-Z.Lyubimova cütlüyü isə Litva millisi ilə (Y.Dumbauskayte-M.Povilaytite) qarşılaşıblar. Təəssüf ki, hər iki görüşdə rəqiblər üstün olub - 2:1.

 

 

Azərbaycan.-2015.- 18 iyun.- S. 5