Təhsil naziri Mikayıl
Cabbarov Azərbaycan
Badminton Federasiyasının prezidenti seçilib
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan
Badminton Federasiyasının prezidenti seçilib.
AZƏRTAC
xəbər verir ki, bu barədə
birinci Avropa Oyunlarında medal qazanan idmançılarımızla iyunun
17-də Azərbaycan Milli
Olimpiya Komitəsində
(MOK) keçirilən görüşdə
gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
A.Rəhimov bildirib ki, iyunun
17-də MOK-da Azərbaycan
Badminton Federasiyasının hesabat-seçki konfransı
keçirilib. Konfransda təhsil naziri
Mikayıl Cabbarov yekdilliklə federasiya prezidenti seçilib.
Azərbaycan.-2015.- 18 iyun.- S.7.