Zəfər
lövhəsində imzalar hər gün artır
“Bakı-2015”in hər keçən günü tarixə qızıl hərflərlə yazılmaqda davam edir. Azərbaycan idmançıları da parlaq qələbələri ilə öz imzalarını bu şanlı tarixə həkk edirlər. Onların qazandıqları hər bir qələbə, əldə etdikləri medallar, üçrəngli bayrağımızın ən yüksəkdə dalğalandırılması ilə hər bir azərbaycanlının qəlbində fəxarət, qürur hissi yaşadır.
Hər gün şanlı qələbələriylə tarix yazan atletlərimiz “Zəfər Günləri”ndə yaşadıqları sevinc hisslərini idman ictimaiyyəti və media nümayəndələri ilə bir daha paylaşırlar. İyunun 14-dən başlayan Milli Olimpiya Komitəsində təşkil olunan bayram tədbirində hər gün qələbəlik olur. İdmançılar xüsusi hazırlanmış lövhəyə imzalarını atır, MOK rəhbərliyi tərəfindən mükafatlandırılırlar. Dünən keçirilən “Zəfər Günləri”ndə daha 4 medalçı - Ayxan Tağızadə (taekvondo, 68 kq), Toğrul Əsgərov (sərbəst güləş, 65 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (sərbəst güləş, 74 kq) “Bakı-2015”in tarixi lövhəsinə öz imzaları ilə bəzək vurdular.
Milli Olimpiya Komitəsinin (MOK) binasında təşkil olunan “Zəfər Günləri”ndə medalçılarımız təəssüratlarını bölüşür, gələcək planları barədə danışırlar.
Bu dəfəki mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Olimpiya çempionları Rəfiqə Şabanova və Nazim Hüseynov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də iştirak edirdilər.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın uğurlu çıxışlarının davam etdiyini və xalqımızın bayram əhval-ruhiyyəsində olduğunu söylədi: “Hər gün idmançılarımız üçün uğurlu olur. İyunun 17-də güləşçilərimiz 3 medal qazandılar ki, ikisinin əyarı qızıl idi. Bir taekvondoçumuz da qızıl medala sahib çıxdı. Artıq beş gündür burada “Zəfər Günləri” keçiririk və hər gün yeni idmançılarla görüşürük. İnanırıq ki, zəfərlərimiz davam edəcək. Bu uğurlar hər bir azərbaycanlını sevindirir və idmançılarımıza dəstək olanların sayı günbəgün artır”.
MOK-un vitse-prezidenti daha sonra dedi ki, dünən ölkəmizdə olan xarici ölkələrin Olimpiya komitələrinin rəhbərləri, vitse-prezidentləri ilə görüş keçirilib. Görüşdə xarici qonaqlar “Bakı-2015”in təşkilatçılığı, təhlükəsizlik tədbirlərinin beynəlxalq standartlara tam cavab verdiyini bildiriblər. “Bakıya gələn xarici qonaqlar, federasiya rəsmiləri paytaxtımıza valeh olublar. Onlar Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini söyləyirlər. Bu isə o deməkdir ki, Azərbaycan bir daha dünyaya həm də idman ölkəsi olduğunu nümayiş etdirir”.
Sonra medalçılar bir-bir səhnəyə dəvət edilərək hədiyyələrlə mükafatlandırıldılar. Atletlərimiz və onların ailə üzvləri sevinc hisslərini jurnalistlərlə də bölüşdülər.
“Vədimi yerinə
yetirdim”
Toğrul ƏSGƏROV, I Avropa Oyunlarının çempionu:
- Bu günlər mənim üçün ən sevimli,
ən yaddaqalan günlərdir. Qızıl medalın sevinc hissləri tam başqa olur. Zəhmətinin bəhrəsini görən
hər bir insan özünü xöşbəxt hesab edir. Ancaq mənim üçün
son illər bir az çətin
oldu. Avropa və dünya
çempionatı 2 ildən
artıqdır ki, uğursuz keçib.
Bu yarışa isə çox yaxşı hazırlaşırdım.
İstəyim, məqsədim o idi ki, I Avropa
Oyunlarında qızıl
medal qazanım. Şükürlər olsun ki, bunu
əldə etdim.
Avropanın ən güclü güləşçiləri Avropa
Oyunlarında mübarizə
aparır. Ona görə də
hər bir görüş gərgin keçir. Rəqiblərimin demək olar
ki, əksəriyyətini
tanıyırdım. Lakin finalda
görüşdüyüm italiyalı rəqib ilə ilk dəfə idi ki, qarşılaşırdım.
Əsas odur ki, kim güclü idisə, o da qalib oldu.
Hazırlığımız göstərdi ki,
bizim güləşçilərimiz
güclüdürlər.
Hər kəsə
təşəkkür edirəm. Qələbəni dövlətimizə həsr
edirəm. 19 yaşında Olimpiya çempionu olmuşamsa, hələ yolum uzundur. İki ilin uğursuz
olmasının səbəbi
dizimdə zədənin
olması idi. Qarşıda bizi daha böyük uğurlar gözləyir. Bundan sonra
da bayrağımızı
yüksəltmək üçün
əlimdən gələni
edəcəyəm. Məqsədim ikinci dəfə Olimpiya çempionu olmaqdır.
Son zamanlar bəzi
insanlar məni uğursuzluq zolağına
düşməkdə ittiham
edirdilər. Onların fikirlərini normal qəbul edirəm. Bu, həmişə belə olub. İstər-istəməz uduzanda reaksiya
başqa olur, udanda başqa. İdmançılarımıza arzu edirəm
ki, həmişə qələbə qazansınlar,
üzlərində qələbə
sevinci olsun.
“Prezident İlham Əliyevin mübarizəni izləməsi
mənə əlavə
stimul verdi”
Ayxan TAĞIZADƏ, I Avropa Oyunlarının çempionu:
- Dünəndən bəri
keçirdiyim hissləri
sözlə deməkdə
çətinlik çəkirəm.
İlk Avropa Oyunlarının qalibi olmaq qürurvericidir.
Vətənimdə keçirilən yarışda Azərbaycana
qızıl medalı
qazandırmaq gözəl
hissdir.
Keçirdiyim görüşlərə gəldikdə
isə deyə bilərəm ki, çətin oldu. Birinci döyüş
digərlərinə baxanda
çətin keçmədi.
Amma ikinci görüşümdə
2012-ci ilin Olimpiya çempionu ilə qarşılaşdım. O, həm də ikiqat dünya və Avropa birincisidir. Buna baxmayaraq,
qələbə qazandım.
Daha sonra rusiyalı rəqibimlə qarşılaşdım.
Keçən ay Rusiyada keçirilən
dünya çempionatında
ona uduzmuşdum.
Bu dəfə mənim
üçün revanş
qarşılaşması idi.
Görüş çətin keçsə
də, qalib ayrıldım. Final da asan olmadı.
Amma qələbə qazanıb,
çempion olmağı
bacardım.
Azarkeşlərin möhtəşəm dəstəyi
vardı. Hətta onların sırasında Prezident İlham Əliyevin mübarizəni
izləməsi mənə
əlavə stimul verdi. Mən doğma
azarkeşlərə minnətdarlıq
edirəm. İnşallah,
digər taekvondoçularımız
da Avropa Oyunlarında medal qazanmaqla,
mənim arxamca gələcəklər.
Onu da deyim ki, şəxsi
məşqçim atam
Əvəz Tağıyevdir. Keçirdiyim məşqlər, “Bakı-2015”ə hazırlığımdan razı
qalmışdı. Hətta inanırdı
ki, mən Avropa Oyunlarının medalçıları sırasına
düşəcəm və
mən də ümidləri doğrultdum.
Qeyd edək
ki, idmançımız
“Zəfər Günləri”nə
şəxsi məşqçisi,
atası Əvəz Tağıyevlə gəlmişdi.
“Ata kimi qürurlanır, məşqçi
kimi fərəhlənirəm”
Əvəz TAĞIYEV, I Avropa Oyunlarının
qalibinin atası:
- Mən həm Ayxan Tağızadənin atası və şəxsi məşqçisi,
həm də Azərbaycanın para-taekvondo
üzrə milli komandasının baş məşqçisiyəm. Oğlum Ayxan
3 yaşından taekvondo
ilə məşğul
olur. Böyüklərdən ibarət heyətə
yeni keçib. Bir valideyn kimi sevincimin
həddi-hüdudu yoxdur.
Bir məşqçi kimi də hesab edirəm
ki, zəhmətimiz hədər getmədi.
Ciddi hazırlığın cavabı
qızıl medal oldu.
Ayxan gənclər
arasında Avropa çempionatında gümüş
medala sahib çıxmışdı. İndi isə
o, Avropa Oyunlarında qızıl medalçıdır.
Hər bir məşqçinin arzusu zəhmətinin bərhəsini görməkdir.
Ayxan həm də Avropa Oyunlarında taekvondoda Azərbaycana ilk qızıl medalı qazandırdı.
Para-taekvondo üzrə
yığmamızın baş
məşqçisi olduğum
üçün yetirmələrimdən
dəfələrlə uğurlar
görmüşəm. Ancaq indi Avropa Oyunlarında
qızıl medal qazanan
idmançıların valideynlərinin
keçirdikləri sevinc
hisslərini mən yaşayıram və bunun necə bir xoş hiss olduğunu görürəm.
Bütün idmançıların valideynlərinə də bu gözəl duyğuları, sevinc anlarını yaşamasını
arzulayıram.
“Zala girəndə ancaq onu düşünürdüm,
uduzmaq olmaz”
Xetaq QAZYUMOV, I Avropa Oyunlarının
çempionu:
- Çox sevinirəm ki, I Avropa Oyunlarında
öz azarkeşlərim
önündə çempion
oldum. Bizim vəzifəmiz hər
kəsə aydındır,
güləş döşəyinə
çıxmaq və sonadək əzmlə mübarizə aparmaq.
Bu dəfə də öhdəsindən
layiqincə gələ
bildim. Hətta rəqibimi udan
zaman Azərbaycan Prezidenti İlham Əliyevin zalda olması məni çox sevindirdi. Buna görə də
çox xoşbəxtəm.
Prezidentin və çoxsaylı
azarkeşlərin iştirakı
ilə belə mötəbər yarışda
1-ci yerə çıxmağın
özü də bir şərəfdir.
Keçridiyim görüşlərdə ən
çətin oyunum yarımfinalda oldu. Belaruslu idmançı
ilə də mübarizə gərgin keçdi. Gürcüstanlı güləşçi Elizbara əvvəlki görüşdə uduzmuşdum.
Bu dəfə isə onun əvəzini
çıxdım. Əldə etdiyim
qələbə artıq
tarixə yazıldı.
Bizi isə qarşıda çoxlu yarışlar gözləyir. Çalışacağam ki, azarkeşlərin ümidini yenə doğruldum. Onu da deyim ki, qələbə
qazanmağımda azarkeşlərin
böyük dəstəyi
də rol oynadı.
Avropa Oyunları
bizə olduqca güclü təəssürat
yaradıb və bu, Azərbaycan üçün böyük
bir bayramdır. Avropa Oyunlarda
iştirak etmək böyük şərəfdir.
Qazandığım qələbəni bütün Azərbaycana həsr edirəm.
Qarşıdan dünya çempionatı
gəlir. Çox ciddi hazırlaşmalıyılq.
Çünki dünyada Azərbaycan
güləşçiləri həmişə diqqət
mərkəzində olublar.
Rəqiblərimiz bizi yaxşı
tanıyırlar. Bizim də
məqsədimiz yalnız
ən yüksək zirvəni fəth edərək qızıl
medal qazanmaqdır.
“Kiçik səhvlərə görə
final şansımı qaçırdım”
Cəbrayıl HƏSƏNOV, I Avropa Oyunlarının bürünc
mükafatçısı:
- Avropa Oyunları Azərbaycanda keçirildiyindən biz ikiqat məsuliyyət daşıyırıq. Çox yaxşı hazırlaşmışdıq. Ona görə də nəticə daha yaxşı ola bilərdi. Çalışacağıq ki, səhvlərimizdən nəticə çıxaraq.
Çox çətin görüşlərim oldu. Finalda oynamağı düşünürdüm. Ancaq qismət olmadı. Yarımfinalda uduzduğum türk idmançı Soner Demirtaşa bundan əvvəl üç dəfə qalib gəlmişdim. Bir ay əvvəl dünya kubokunda onu məğlub etmişdim. Ancaq bu dəfə kiçik səhvlərə görə uduzdum. Təsəlliverici görüşdə Finlandiya təmsilçisi Henri Selenius ilə döyüşdüm və 4:0 hesablı qələbə qazandım. Bürünc medal uğrunda mübarizədə isə Bolqarıstan təmsilçisi Kiril Terziyevi 9:0 hesabı ilə məğlub etdim. Çempion olmaq istəyirdim. Ancaq bu dəfə baş tutmadı. Ümid edirəm ki, növbəti yarışlarda yaxşı nəticələr əldə edəcəyəm. Qarşıdan gələn dünya çempionatında uğurlu çıxış edib, lisenziya qazanaraq Braziliyada keçiriləcək Olimpiya Oyunlarında çıxış etmək istəyirəm.
Avropa Oyunlarının təşkilatçılığına
gəldikdə isə deyə bilərəm ki,
hər şey ən yüksək səviyyədədir.
Bunu digər ölkələrdən gələn
idmançılar da söyləyirlər.
Deyirlər ki, “Bakı-2015” Olimpiya Oyunlarından geri
qalmır.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 19 iyun.- S. 3.