I Avropa OyunlarıOkna TASS” tablolarında

 

Rusiyanın TASS Dövlət İnformasiya AgentliyiOkna TASS” fotoinformasiya tablolarında AZƏRTAC-ın fotomüxbirlərinin Bakıda I Avropa Oyunlarının açılış mərasimindən yarışlarından çəkdikləri fotoşəkilləri yerləşdirməkdə davam edir.

Bu barədə MDB Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının (İnformasiya Şurasının) Minskdə keçirilmiş XX iclasında AZƏRTAC-ın baş direktoru Aslan Aslanov ilə TASS-ın baş direktoru Sergey Mixaylov arasında razılaşma əldə edilib.

Fotoşəkillərdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin Bakıdakı görüşü, RF Prezidentinin Bakıda Rusiya yığmasının üzvləri ilə görüşü, Oyunların açılışından parlaq məqamlar, o cümlədən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı, habelə bədii gimnastika, sinxron üzgüçülük, güləş digər idman növləri üzrə yarışlardan məqamlar əks etdirilib. Moskvalılar paytaxtın qonaqları tarixdə ilk Avropa Oyunlarının keçirildiyi olimpiya obyektlərinə tamaşa etmək imkanı əldə ediblər.

 

Azərbaycan.- 2015.- 19 iyun.- S. 6.