Fransanın BFM
televiziyası Avropa Oyunlarını diqqət
mərkəzində saxlayır
“Bakı-2015” I Avropa Oyunları beynəlxalq mətbuatın diqqət mərkəzində qalmaqdadır.
AZƏRTAC xəbər verir
ki, Fransanın BFM televiziyası Bakıdan
yayımlarını davam etdirir.
Televiziyanın saytında
da Oyunlarla bağlı çoxlu sayda material yer alır. Saytın “İdman” bölməsi,
demək olar ki, bütövlükdə
Bakıdakı Oyunlara
həsr edilib. Məqalələrdən görünür ki, fransız jurnalistlərin fəaliyyəti
bir idman arenası və ya bir idman
növü ilə məhdudlaşmır.
Saytda yerləşdirilmiş “Avropa Oyunları: Qobervil məğlub oldu. Birbaşa nəticələr” adlı məqalədə fransız idmançının məğlub olduğu qeyd edilib. Bununla belə, müəllif digər iştirakçılara da geniş yer ayırıb. Məqalə gün ərzində dəfələrlə yenilənib.
Səhifənin sağ tərəfində əvvəlki günlərə dair xəbərlər və videomateriallar da yer alır. Eyni zamanda, saytda gedən materiallar “Facebook” sosial şəbəkəsində paylaşılır.
Saytda yerləşdirilmiş məqalələrdən biri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
Azərbaycan.-
2015.- 19 iyun.- S. 6.