Avropa Stolüstü
Tennis Birliyinin rəhbəri
Ronald Kramer
“Bakı-2015” birinci Avropa
Oyunlarının təşkilatçılarına minnətdarlığını
bildirib
Avropa Stolüstü Tennis Birliyinin rəhbəri Ronald Kramer “Bakı-2015” birinci Avropa Oyunlarının təşkilatçılarına minnətdarlığını bildirib.
AZƏRTAC xəbər verir ki, R.Kramer Rusiyanın “ttsport.ru” portalına müsahibəsində gənc müstəqil ölkə olan Azərbaycanın birinci Avropa Oyunlarını təşkil etməklə qarşıya qoyulan məqsədə çatdığını bildirib.
“Avropa Oyunları həm də ona görə vacibdir ki, burada qalib gələn atletlər Rio Olimpiadasına vəsiqə qazanırlar. Əslində, bu Oyunların formatı Federasiya rəhbərləri üçün yenilikdir və bu tədbir idmanın Avropada daha vacib sahə kimi qəbul olunmasına imkan verəcək. Təşkilatçılıq yüksək səviyyədədir. Hər şey öz qaydasında gedir. Əsas məqsəd Avropa Oyunlarını beynəlxalq təqvimə salmaqdır. Burada xüsusilə könüllülük fəaliyyətini vurğulamaq istəyirəm. Əminəm ki, Azərbaycanın bu cür uğurlu təcrübəsi örnək olacaq”, - deyə R.Kramer müsahibəsində vurğulayıb.
Azərbaycan.- 2015.- 19 iyun.- S. 8.