Senator Natali Qule: Azərbaycan Cənubi Qafqazda
bizim sülhməramlı müttəfiqimizdir
Azərbaycan
Cənubi Qafqazda bizim sülhməramlı müttəfiqimizdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “opinion-internationale.com” saytına müsahibəsində Fransa Senatının üzvü Natali Qule deyib.
Senator bildirib ki, tənqidçilər Azərbaycanda “demokratik keyfiyyətlər”in tanınmadığını iddia edirlər.
“Azərbaycan 24 yaşı olan çox gənc bir ölkədir. O, aşkar şəkildə Ermənistanla müharibə şəraitindədir, tez-tez ölüm halları baş verir. Amma bu barədə danışılmır”, - deyə Fransa Senatının üzvü söyləyib.
Senator qeyd edib ki, Azərbaycan Avropa Şurası ilə demokratik dəyərlərin təkmilləşdirilməsi sahəsində işləyir.
“Heç nə bir günə tikilə bilməz. Seçki prosesi təkmilləşdirilib. Əlbəttə ki, problemlər hələ də var. Amma anti-kampaniya artıq qıcıq doğurur və qeyri-konstruktivdir. Bütün Avropa ölkələri, o cümlədən İsrail İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir ölkədə keçirilən Oyunlarda iştirak edir. Həmçinin Ermənistan Azərbaycan hökümətinin və erməni idmançılarının cəsarətli addımı sayəsində bu Oyunlarda təmsil olundu,” – deyə N.Qule əlavə edib.
Geostrateji baxımdan Azərbaycan
Avropa ilə müttəfiq olduğunu vurğulayan senator deyib: “Cənubi Qafqazda real suverenliyini
saxlayan yeganə ölkə Azərbaycandır.
Bu ölkə, həmçinin neft, qaz və kənd təsərrüfatı
sahəsində baxımından da Fransa üçün mühüm ticarət tərəfdaşıdır.
Azərbaycan sürətlə inkişaf edir. Hələ 1918-ci ildə Azərbaycanda
qadınlara seçib-seçilmək hüququ
verilib. Azərbaycan tamamilə dünyəvi
respublikadır. Burda sinaqoqlar,
kilsələr var, yəhudilərə, xristianlara digər azsaylı xalqlara
heç bir problem yoxdur. Müsəlman
ölkə olmasına baxmayaraq, İsrail ilə də sıx diplomatik
əlaqələri var. Burada
heç vaxt antisemist problemlər olmayıb. Azərbaycan radikal islama qarşı
mübarizə aparır və İŞİD-ə
qarşı müttəfiqlər arasında yer
alır.
Azərbaycan.- 2015.- 19 iyun.- S. 2.