Milli Məclisin Sədri Türkiyənin
9-cu Prezidenti Süleyman
Dəmirəlin dəfn mərasimində iştirak
etmək üçün Ankaraya
gəlib
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin dəfn mərasimində iştirak etmək üçün iyunun 18-də Ankara şəhərinə səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində parlament sədrinin Türkiyə rəsmiləri və mərasimdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.
Tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edəcəklər.
Səfər bu gün başa çatacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2015.- 19 iyun.- S. 2.