İdmançılarımız
Avropanın ən yaxşılarıdır
Təmsilçilərimizin
qızıl medal estafetini dünən taekvondoçu Radik
İsayev davam etdirdi
Dünya və Avropanın idman tarixində ilk dəfə Azərbaycanda əsası qoyulan Avropa Oyunlarının 9-cu günüdür. Möhtəşəm açılış mərasimi ilə tarixə damğasını vuran “Bakı-2015”in hər keçən günü dünya idmanı tarixində yeni səhifə açır. Azərbaycan idmançıları isə Avropanın ən yaxşıları olduqlarını öz möhtəşəm qələbələri ilə bir daha sübuta yetirirlər. Qazanılan medallar, əldə edilən nailiyyətlər Azərbaycanın sosial-iqtisadi inkişafı ilə yanaşı həm də idman ölkəsi olduğunu təsdiqləyir. Dünya mətbuatının Avropa Oyunlarına Azərbaycanın yüksək təşkilatçılığına aid hazırladığı reportajlar, dərc edilən məqalələr bunun əyani sübutudur.
Bu beynəlxalq idman yarışında Azərbaycan idmançıları ölkəmizin adına layiq çıxışlar edir və ümidləri doğruldurlar. Azərbaycan Milli Olimpiya Komitəsi təfəfindən “Bakı-2015” I Avropa Oyunlarının qalibləri və mükafatçıları olan idmançılarımızın şərəfinə “hər gün bir tarix, hər gün bir zəfər” devizi altında təşkil etdiyi “Zəfər Günləri” adlı xüsusi tədbir isə bayram əhval-ruhiyyəsi yaradır. MOK-un ilk dəfə həyata keçirdiyi bu layihə zamanı medallar qazanan atletlərimiz, onların ailə üzvləri ilə həm ictimaiyyət, həm də media nümayəndələrinin görüşü təşkil edilir. 6 gündür ki, komitənin binasının qapıları Avropa Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlarla bağlı sevinclərini bölüşən, qaliblərlə görüşmək istəyən və “Bakı-2015” kimi tarixi hadisənin şahidi olmağa can atan insanların üzünə açıqdır. Hər gün şanlı qələbələriylə tarix yazan atletlərimiz “Zəfər Günləri”ndə öz sevinc hisslərini idman ictimaiyyəti və media nümayəndələri ilə bir daha paylaşır və xüsusi lövhəyə imza atıb ürək sözlərini qeyd edirlər.
Dünən keçirilən “Zəfər Günləri”ndə isə daha 5 medalçı “Bakı-2015”in tarixi lövhəsinə öz imzaları ilə bəzək vurdu. Qeyd edək ki, iyunun 18-də 6 idmançımız medal qazanıb. Gimnastika yarışları davam etdiyi üçün gümüş medal qazanan Oleq Stepko mərasimdə iştirak etmirdi. Digər medalçılar - qızıl medalın sahibi Milad Beiqi Harçeqani (taekvondo, 80 kq), gümüş medal mükafatçısı Fəridə Əzizova (taekvondo, 67 kq), bürünc medal qazanan sərbəst güləşçilər Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq) və Camaləddin Məhəmmədov (125 kq) MOK rəhbərliyi tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırıldılar.
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Olimpiya çempionlarımız Namiq Abdullayev, Fərid Mansurov iştirak edirdilər.
İlk çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, hər gün keçirilən “Zəfər Günləri” tarixi bir hadisədir. Yarışların 7-ci günü Azərbaycan idmançıları 6 medal qazanaraq Avropa Oyunlarında uğurlu çıxışlarını davam etdiriblər. Taekvondo üzrə yığmamız bir qızıl və bir gümüş medal qazanmaqla bu idman növünün inkişaf yolunda yeni bir səhifə açıblar. İdman gimnastikasında da artıq Azərbaycan öz sözünü deyir: “Bütün yarışlarda əyarından asılı olmayaraq qazanılan medallar bizi çox sevindirir. Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yarışları izləyir və qızıl medal qazanan idmançılarımızın mükafatını özü təltif edir. Bu isə yüksək nailiyyət və şərəfdir. Buna görə də bütün Azərbaycan xalqını təbrik edirəm. “Zəfər Günləri” Avropa Oyunlarının sonunadək davam edəcək. İyun ayının 29-da Milli Olimpiya Komitəsi bütün idmançılarımızı bir araya gətirərək bayram şənliyi təşkil edəcək”.
Gənclər və idman naziri Azad Rəhimov isə vurğuladı ki, Azərbaycan indiyədək hər hansısa idman yarışında belə yüksək nailiyyətlərə imza atmayıb. Bu, ölkəmizdə idmanın inkişafının göstəricisidir: “Hər kəs Oyunları izləyir və Azərbaycan idmançılarının necə ürəklə mübarizə apardıqlarının şahidi olur. Ona görə də sevincimin həddi-hüdudu yoxdur. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan həm də idman ölkəsidir və idmançılarımız yüksək səviyyəli idmançılardır. Hər gün davam edən zəfərlər onu göstərir ki, Azərbaycan hələ çox medal əldə edəcək və Avropa Oyunlarında ən yaxşı yerlərdən birinə sahib çıxacaq”.
Nazir bildirdi ki, Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın göstərişinə əsasən “Bakı-2015”də Azərbaycanı təmsil edən bütün idmançıların valideyinləri Avropa Oyunlarının bağlanış mərasiminə dəvət ediləcəklər. Onlar üçün xüsusi avtobuslar təşkil olunacaq, stadionda xüsusi yerlər ayrılacaq.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov isə qeyd etdi ki, Avropa Oyunlarında Azərbaycan idmançılarının uğurları qürurvericidir. Oyunların Azərbaycanda keçirilməsi isə dövlət başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının təzahürüdür. Eyni zamanda bu, Azərbaycanın idman sahəsində dünyadakı nüfuzundan xəbər verir.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev də inandığını bildirdi ki, Avropa Oyunlarında keçiriləcək növbəti yarışlarda da Azərbaycan bayrağı ən yüksəklikdə dalğalanacaq və himnimiz səsləndiriləcək. Bütün yığma komandalarımız “Bakı-2015”ə ciddi hazırlaşıb və medallar uğrunda həvəslə, istəklə mübarizə aparırlar.
Çıxışlardan sonra medalçılar xüsusi şərəf lövhəsinə imza ataraq hədiyyələrlə mükafatlandırıldılar. Mükafatlandırılma mərasimindən sonra idmançılarımız öz təəsüratlarını jurnalistlərlə bölüşdülər.
“Avropa
Oyunlarının qızıl medal sevinci ayrı bir hissdir”
Milad Beiqi HARÇEQANİ, I Avropa Oyunlarının qalibi:
- Bu gün çox xoşbəxtəm. Çünki yarışlardan öncə
söz vermişdim ki, Azərbaycan xalqını sevindirəcəm.
Verdiyim sözü tutdum. Avropa Oyunlarını uğurla başa vurdum. Xoşbəxtəm ki, fəxri
kürsünün ən
yüksək pilləsinə
qalxa bildim.
Ancaq onu deyim ki, qızıl
medal qazanmaq mənə
heç də asan başa gəlmədi. Döyüşlərim çətin keçdi.
Üzərimdə böyük
məsuliyyətin olduğunu
hiss edirdim. Amma mən bunun
öhdəsindən gəldim,
mübarizəni layiqli
başa çatdırdım.
Bu gün artıq
mən Avropa Oyunlarının qızıl
medalının daşıyıcılarından
biriyəm və bununla fəxr edirəm.
Final görüşümü Azərbaycan Prezidenti də izləyirdi və bu mənim
döyüş ruhunu
daha da artırırdı. Yalnız qələbə
barədə düşünürdüm.
Finalda rusiyalı Albert Quanla keçirdiyim görüş
tarixi hadisə oldu. Mən ona 9:4 hesabı
ilə qalib gəlib Azərbaycan bayrağını ən yüksəklərə qaldırdım.
Zalda hər kəs Azərbaycanın Dövlət
himninə ehtiram göstərdi. Bundan
böyük sevinc hissi ola
bilməz. İnanıram ki, idmançılarımız
hələ çox qızıl medal alıb bu sevinci yaşayacaqlar.
Avropa Oyunlarının qızıl
medal sevinci ayrı bir hissdir.
Azərkeşlərə isə xüsusi təşəkkür edirəm. Bütün oyunlarda
bizə əla dəstək olurlar. İdmançılarımız bu dəstək
sayəsində daha inamla mübarizə aparırlar.
“Kiçik səhvim üzündən
adımı “Bakı-2015”in tarixinə gümüş
medalla yazdırdım”
Fəridə ƏZİZOVA, I Avropa Oyunlarının gümüş
mükafatçısı:
- Mənim istəyim, məqsədim doğma Vətənimdə keçirilən
Avropa Oyunlarının
tarixinə qızıl
medalla düşmək
idi. Ancaq kiçik səhvim
üzündən bu şanlı tarixə gümüş medalla adımı yazdırdım.
Finalda rəqibimə zərbə
vuran anda cüzi səhv buraxdım. Nəticədə 5:6 hesabı ilə
uduzdum.
Final görüşü bitdikdən sonra göz yaşlarımı
saxlaya bilmədim. Bu, gümüş medalın
sevinci yox, qızıl medala sahib çıxa bilməməyin
kədəri idi.
Özümə söz vermişdim
ki, Avropa Oyunlarında qızıl
medal götürəcəm və himnimizi səsləndirəcəm. Ancaq bunu bacarmadım və çox məyus oldum. Lakin çox şükür ki, bu gün
medalçılar sırasındayam.
Zəhmətim hədər getmədi.
Mənim
üzərimdə əməyi
olan bütün insanlara təşəkkür
edirəm.
Avropa Oyunlarının
Azərbaycanda keçirildiyinə
görə Prezident İlham Əliyevə və Təşkilat Komitəsinin rəhbəri
Mehriban xanım Əliyevaya minnətdarlığımı
bildirirəm. İnanıram ki, bizim idmançılarımızın uğurlu çıxışları
ölkəmizin gənc
nəslində idmana marağı daha da artıracaq və yeni tikilən
idman arenalarında idmançılarımız parlayacaq.
Gələcək planlarım isə çoxdur. İlk növbədə, gələn
il Rio-de Janeyroda keçiriləcək
Yay Olimpiya Oyunlarına lisenziya qazanmalıyam və Olimpiadada sözümü
deməliyəm. Bunun üçün
əlimdən gələni
edəcəm.
“Həm əsgər, həm də idmançı kimi erməni güləşçiyə qalib
gəlmək fəxarət
hissi yaradır”
Hacı ƏLİYEV, I Avropa Oyunlarının bürünc
mükafatçısı:
- Çox böyük qürur hissi yaşayıram. Ona görə ki,
bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsgəriyəm.
Həm bir əsgər kimi, həm də idmançı kimi erməni güləşçi üzərində
inamlı qələbə
qazanmaq fəxarət hissi yaradır. Düzdür,
məqsədim finala yüksəlib qızıl
medal uğrunda mübarizə
aparmaq idi. Ancaq bu dəfə arzuma çata bilmədim.
Buna baxmayaraq hesab
edirəm ki, ilk Avropa Oyunları tarixinə bürünc medalla düşməyin də özü böyük uğurdur. Qələbəmi Azərbaycan xalqına həsr edirəm. Azərbaycan xalqının dəstəyi
ilə növbəti medalımızı I Avropa
Oyunlarının idman
tarixinə yazdıq.
Bu gün ölkəmizdə
idmana qayğı göz önündədir. Heç bir
idmançının çəkdiyi
əziyyət yerdə
qalmır. Ona görə
də idmana göstərilən yüksək
diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm.
Qələbə qazanmağımda azarkeşlərin
böyük rolu oldu. Tamaşaçılardan növbəti yarış
günləri üçün
də böyük dəstək gözləyirik.
Bizim idmançılar qələbəyə
layiqdirlər. Əminəm ki, ABŞ-da keçiriləcək dünya
çempionatında ən
yüksək nəticə
göstərəcəm.
“Öz ölkəmdə azarkeşlərimizi
məyus etmək istəmirdim”
Camaləddin MƏHƏMMƏDOV, I Avropa Oyunlarının bürünc
mükafatçısı:
- I Avropa Oyunlarında yarışlara başlayarkən
məqsədim qızıl
medal qazanmaq idi. Ancaq bəxtim gətirmədi.
Düzdür, tarixdə ilk dəfə
keçirilən bir idman turnirində bürünc medal da əhəmiyyətlidir. Öz ölkəmdə,
azarkeşlərimizi məyus
etmək istəmirdim.
Hər kəsə dəstəyə
görə təşəkkür
edirəm.
Avropa Oyunlarına
çox yaxşı hazırlaşmışdıq. Nəticələrimiz də yüksəkdir.
İdmançılarımız nəyə qadir
olduqlarını göstərirlər.
Artıq mən çıxışımı
dayandırdım. Qarşıdan gələn dünya
çempionatında, Olimpiya
Oyunlarında iştirak
etmək və Azərbaycana qızıl medalla qayıtmaq üçün bütün
gücümlə çalışacağam.
“Azarkeşlərin
inanılmaz dəstəyi
medal qazanmağımıza yardımçı olur”
Ruslan DİBİRHACIYEV, I Avropa Oyunlarının bürünc
mükafatçısı:
- Məqsədim çempion
olmaq idi. Məşqçilər də məndən
qızıl medal gözləyirdilər.
Təəssüflər olsun ki, baş tutmadı.
Lakin hesab edirəm ki, Avropa Oyunlarını medalsız tərk etmək üzücü olardı. Bürünc medalı qazanmaqla
azarkeşləri məyus
etmədim. Ümid edirəm
ki, bir daha
səhvlər buraxmayacağam.
Mübarizə apardığımız Heydər Əliyev adına İdman
Sarayına toplaşan
azarkeşlər güləşçilərimizə
inanılmaz dəstək
veririlər. Hesabda irəli və
geri olmağımızdan
asılı olmayaraq Azərbaycan-Azərbaycan sədaları
zalı titrədir.
Hətta
yenildikdə də bizə dəstək olurlar. Bu, həqiqətən
də hər bir idmançı üçün sevindiricidir.
Azərbaycan xalqı idmana
və idmançılarımıza
sahib çıxır, hər
zaman dəstək verirlər. Hamıya öz təşəkkürümü
bildirirəm.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 20 iyun.- S. 1,6.