şəhər bulvarı”nın yenilikləri

 

I Avropa Oyunları ilə bağlı Bakıya gələn qonaqlar gördüklərinə heyrətlərini gizlətmirlər

 

Son illər sürətlə inkişaf edən Bakının görməli yerlərinə yeni bir ünvan da əlavə olundu. “ şəhər”dən Xəzərə açılan mənzərələr cazibədarlığı və rəngarəngliyi ilə bir-birindən fərqlənir. Bakının “ şəhər bulvarı”nda yeni infrastruktur ən müasir tələblər səviyyəsində qurulub. Belə bir istirahət məkanının I Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi şəhərimizə gələn turistlərin istirahətini yüksək səviyyədə təşkil etmələri üçün əlverişli şərait yaradır. Azərbaycan Prezidenti İlham Əliyev “ şəhər bulvarı”nın açılışında iştirak edərkən deyib ki, bu layihə bir daha onu sübut edir ki, Bakının inkişafı ilə bağlı qarşımıza qoyulan bütün məqsədlərə vaxtında və keyfiyyətlə nail oluruq. Bir əsr tarixi olan Bakı Bulvarının ilk yaranma tarixini xatırladan Azərbaycan Prezidenti inkişafın müqayisə həddini sübut edən faktlardan da istifadə edib. İlk yaranışında ərazisi cəmi 2-3 kilometr məsafə ilə məhdudlaşan Bakı Bulvarı bu gün dünyanın ən məşhur dənizkənarı parkları ilə müqayisə olunur. Son günlər I Avropa Oyunlarını izləmək üçün Bakıya gələn çoxsaylı qonaqlar, o cümlədən idmançılar da bunu etiraf edib.

İon BRUTSE, Moldova:

- Bakıda bir neçə dəfə olmuşam. Açığını deyim ki, hər dəfə müşahidə etdiyim inkişaf, yüksəliş məni təəccübləndirir. Qısa müddət ərzində bu qədər quruculuq işləri görmək, şəhəri abadlaşdrmaq o qədər asan deyil. O ki qaldı Bakı Bulvarına, onun gecəsi , gündüzü eyni dərəcədə maraqlıdır. Bu böyük ərazidə hər şey nəzərdə tutulub. Gənclərin qocaların asudə vaxtlarını səmərəli keçirməsi üçün bütün şərait yaradılıb. Bu dəfə Bakıya I Avropa Oyunlarını izləmək üçün gəlmişəm. Sevinirəm ki, belə bir möhtəşəm idman bayramını canlı izləyəcəyəm. Bir neçə gündə xeyli dostlar, tanışlar qazanmışam. Azərbaycanlılar səmimiyyəti qonaqpərvərliyi ilə seçilir. Hətta sənə bələdçilik edib sorğularına, suallarına səmimi cavab verməyə vaxt ayırırlar. Əsl Şərq istiqanlılığı açıq-aydın hiss olunur. Bir-birindən maraqlı görüşlərimiz, söhbətlərimiz olub. İnanıram ki, I Avropa Oyunlarının yaratdığı xoş təəssürat dünyanı dolaşacaq. Tanış olduğum hər kəsdən doyumsuz maraqlı söhbətlər eşitdim, mehribançılığın şahidi oldum. Bir daha inandım ki, azərbaycanlılar dünyanın müxtəlif ölkələrindən gələn qonaqları əsl ev sahibi kimi qəbul edə biləcək...

Dmitri TRİQUPÇAK, Ukrayna:

- Biz Azərbaycanı öz taleyimizə, tariximizə yaxın olan bir ölkə kimi qəbul edirik. Bunu yaşadığımız münaqişələr, çəkişmələr, torpaq iddiaları digər oxşar müqayisələr bir daha sübut edir. Biz hiss edirik ki, azərbaycanlılar dünyadan ədalətli mövqe, barış gözləyir. Azərbaycanlılar sülhə, haqqa, ədalətə çox meyillidirlər. Həmsöhbətlərim, tanış olduğum adamlar mənə çox məsələlər barədə danışdılar. Elə I Avropa Oyunlarının Bakıda keçirilməsi bu millətin haqq səsinin dünyaya çatdırılmasına xidmət edir. Azərbaycan bir daha sübut edir ki, sülh demokratiya uğrunda sona qədər mübarizə aparacaq. Belə bir mötəbər Oyunlara arena kimi Bakının seçilməsi çox doğru qənaətdir. Biz bunu alqışlayaraq bəyənirik. Bir daha deyirəm ki, adamlarla tanışlıq görüşlərimiz bizə çox şeylər vəd edir. Fürsətdən istifadə edib Bakının görməli gəzməli yerlərində oldum. Açığını deyim ki, məni ən çox təəccübləndirən heyrətləndirən Dənizkənarı Parkın yenilikləri oldu. Gəzdiyim ölkələrdə, olduğum şəhərlərdə bir neçə dənizkənarı parkda olmuşam. Fransada Sena çayının sahilindəki zəngin bulvar da məni təəccübləndirmişdi. Amma Bakıda gördüklərimin müqayisə yeri yoxdur. Bakı Bulvarı təkcə zümrüd gözəllikləri, doyumsuz mənzərələri ilə yox, həm maraqlı idman qurğuları ilə diqqəti cəlb edir. Su Oyunları İdman Sarayı, Bakı İdman Zalı, Dənizkənarı Parkda Xalça Muzeyi... Görməli çox yerlər var. Hansını sayıb-sadalayım? Fikrim var ki, I Avropa Oyunlarından sonra da təkrar-təkrar Bakıya dönüm. Burada bir-birindən maraqlı görüşlərimiz oldu, çoxlu dostlar qazandım. Təəssüratlarımı uzun müddət unutmayacağam. I Avropa Oyunlarının yaratdığı xoş ovqat da bizi tərk etməyəcək...

Vaxtan QOQALADZE, Gürcüstan:

- Biz Azərbaycanla qonşuluqdayıq. Amma etiraf etməliyəm ki, inkişafımızda ciddi fərq var. Təkcə Bakı Bulvarının doyumsuz mənzərələri, görülən abadlıq işləri adamı valeh edir. Dəfələrlə bu şəhərdə olmuşam. I Avropa Oyunlarını izləmək üçün bilet almışam. Elə bilirəm ki, mötəbər idman yarışması Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Burada təşkilati işlər o qədər dəqiqliklə yerinə yetirilib ki, istər-istəməz ilk görüntüdən adamı valeh edir. Düşünürsən ki, elə bil illərlə hər şey ölçülüb-biçilib. Etiraf etməliyəm ki, bu gün vaxt Azərbaycanın xeyrinə işləyir. Dünyanın müxtəlif meridianlarından gələn qonaqlarla həmsöhbət olanda fikirlərin üst-üstə düşdüyünün şahidi olursan. Biz sevinirik ki, qonşu Azərbaycanda belə bir idman bayramının təntənəsində iştirak edirik. İnanıram ki, Bakının qonaqları bu qədim Şərq şəhərindən xoş təəssüratlarla ayrılacaq.

“Bakı-2015” I Avropa Oyunlarına evsahibliyi edən Azərbaycan yeni bir tarix yazacaq. Və bu tarix illərin, nəsillərin yaddaşında uzun müddət yaşayacaq. Belə bir mötəbər Oyunların bir yolu da Bakı Bulvarından keçir. Ona görə ki, gələn qonaqların bəziləri “Bulvar-Hotel”də yer tutacaq. Onların istirahətinin, asudə vaxtlarının əyləncəli keçməsi üçün hər cür şərait yaradılıb. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Bakının “ şəhər bulvarı”nın açılışında iştirak edərkən deyib: “Bakının “ şəhər bulvarı”nın uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Burada gələcəkdə uşaq kinoteatrının açılışı da nəzərdə tutulub. Yeni bulvarda basketbol, voleybol, iki futbol meydançası, ümumilikdə dörd yeni meydança inşa edilib. Bundan başqa, açıq havada yaradılan trenajor sahəsi də istirahətə gələnlərin istifadəsinə veriləcək. Yeni bulvarın inşasında digər üstünlüklər də nəzərdə tutulub. Hər şeydən əvvəl bulvarın “ şəhər” layihəsində ekologiyanın bərpasına ciddi üstünlük verilib. Bu layihənin tam reallaşması bütünlükdə Dənizkənarı Milli Parkın görkəmində ciddi dəyişikliklər yaradacaq...”

 

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan.- 2015.- 20 iyun.- S.10.