Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1.Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 797; 2014, ¹ 11, maddələr 1351, 1357, ¹ 12, maddə 1539; 2015, ¹ 3, maddə 259) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 10.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.”.

1.2. 38.7-ci maddədə “Turistlər üçün elektron viza almaq hüququ olan” sözləri “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün” sözləri ilə əvəz edilsin.

1.3.45.0.4-cü və 46.1.7-ci maddələrdə “müdafiə” sözü “hərbi” sözü ilə əvəz edilsin.

1.4.79.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə aşağıdakı məzmunda 79.1.4-cü maddə əlavə edilsin:

“79.1.4. qaçqın statusu verilməsindən imtina edildikdə.”.

1.5.79.5.2-ci maddəyələğv edilmişsözlərindən sonra “, habelə qaçqın statusu verilməsindən imtina edilmişsözləri əlavə edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

2.1. Bu qanunun 1.1-ci maddəsi 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

2.2.Bu qanunun digər müddəaları dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 may 2015-ci il

 

Azərbaycan.- 2015.- 21 iyun.- S. 2.