Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin qərarı
¹ 218 Bakı
şəhəri, 5 iyun 2015-ci il
“Mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və “Elektron xidmət
növlərinin Siyahısı”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli
qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə 1247; 2012, ¹ 1, maddə 40, ¹ 3, maddə 256, ¹ 10, maddə 1016, ¹ 11, maddə 1207; 2013, ¹ 6, maddələr 745, 757, ¹ 7, maddə 868, ¹ 8, maddələr 1005, 1018, ¹ 11, maddə 1466, ¹ 12, maddə 1639; 2014, ¹ 1, maddə 69, ¹ 2, maddələr 191, 201, 207, ¹ 3, maddələr 307, 317, ¹ 4, maddə 449, ¹ 5, maddə 560, ¹ 6, maddələr 733, 747, ¹ 7, maddələr 920, 953, ¹ 10, maddələr 1287, 1319, ¹ 11, maddələr 1505, 1506, ¹ 12, maddə 1656; 2015, ¹ 1, maddə 71; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 31 mart tarixli 97 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”na 24.28-ci və 24.29-cu bəndlər əlavə edilsin:
24.28.Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu
24.29.Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 21 iyun.- S. 3.